Hörmətli və dəyərli izləyicilərimiz!
İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Vertebra Onurğa Mərkəzi və Health and Science İnitiatives şirkətinin birgə təşkilatçılıqı ilə “Osteoporoz. Qloballaşan qeyri-infeksion xəstəlik. İdarəetməyə müasir yanaşmalar və yeniliklər. VI Vertebroloji Konfrans” -ı keçirilib.
Vertebra Onurğa Tibb Mərkəzi, baş həkimi Prof. İradə Hacıyeva Dünya alimlərinin osteoporoza yanaşmaları barədə məlumat verdikdən sonra, İ.M Seçenov adına I Moskva Dövlət Tibb Universitetinin Bakı Filialının Mamalıq və ginekologiya şöbəsinin müdiri Prof. Dr. Islam Mahalov, Azərbaycan Tibb Universitetinin fizioterapiya kafedrasının professoru Nadir Hüseynov məruzəçi qismində çıxış etmişdirlər.Eləcədə Doç. Dr. Yalkın Çamurcu, Uzm. Dr. Toğrul Cavadov, Dr. Mərziyyə Məmmədova, Uzm. Fzt. Əziz Dəvrişov, Dr. Fərhad Burzu, Dr. Nabat Ağayeva və Dr. Emil Hidayətli öz çıxışlarını etdilər.
Onlar bu xəstəliklərin diaqnostikasına dair pasientlərin kliniki halları və video materialları ilə zəngin, eləcə də bu xəstəliklər zamanı genetik analizlər barədə geniş məruzə etmişdirlər.
Konfransda 100-ə yaxın həkim iştirak etmişdir. Sonda konfrans iştirakçıları sertifikatlarla və Davamlı Tibbi Təhsil (DTT) kredit balı qazanıblar. Konfransdan görüntüləri sizlərə təqdim edirik: