Hörmətli və dəyərli izləyicilərimiz!
01-02 İyul 2022-ci il tarixlərində Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası, Serebral İflic Akademiyası Reabilitasiya Mərkəzi və Health and Science İnitiatives şirkətinin birgə təşkilatçılıqı ilə keçirilən “Serebral iflicə multidisiplinar yanaşma” elmi-praktiki konfransı uğurla başa çatdı. Qeyd edək ki bu konfrans Azərbaycanda ilk dəfə olaraq 1-ci Beynəlxalq Serebran İflic gününə dair elmi-praktiki konfrans idi. Konfransın açılışında serebral iflicli uşaqlar tərəfindən Azərbaycan Respublikası Dövlət Himni oxundu. Tədbir zamanı serebral iflicin diaqnostikasına, müalicəsinə, reabilitasiyasına və serebral ifliclə bağlı xəstəliklər haqqında geniş müzakirələr keçirildi. Tədbirdə xarici Prof. Muharrem İnan, Prof. Serdar Ceylaner, Prof. Erdal Karaöz, Prof. Cemalettin Aksoy, Uzm. Dr. Feride Bilir, Doc. Şenol Bekmez, Uzm. Dr. Malik Amini, Dr. Nadir Əlirzalü, Dr. Gökhan Öztürk, Dr. Mücahit İbrahimoğlu, Dr. Sıla Ercan, Dr. Gülay Ceylaner, Dr. Mari-Liis Lukke, və yerli mütəxəssislər Prof. Aytən Məmmədbəyli, Dr. Ilahə Hacıyeva, Uzm. Dr. Anar Tağıyev, Dr. Aysel Əkbərova, Dr. Mərziyyə Məmmədova, Uzm. Dr. Vüsal İsmayılov və Uzm. Dr. Toğrul Cavadov, öz çıxışlarını etdilər. Tədbirdə başda Dr. İlahə Hacıyeva olmaqla olmaqla əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk. Tədbirdən görüntüləri sizlərə təqdim edirik.