Plagiat yoxlama

Niyə plagiat yoxlayıcısından istifadə etməliyik?

Elmi iş, məqalə yaxud dissertasiya işlərinizin nəticələrini beynəlxalq yaxud yerli jurnallara göndərmək istəyirsinizsə, plagiatın aşkarlanmaması üçün yoxlama və müvafiq hesabatın təqdim edilməsi vacib məsələdir. Beynəlxalq plagiata yoxlama sistemləri vasitəsilə siz elmi işinizin, məqalənizin yaxud dissertasiya işinizin plagiat olmadığını sübut etməlisiniz. Internetdə plagiatın yoxlanılmasına aid bir çox proqramlar və platformalar mövcuddur, lakin bu resurslar həmişə etibarlı olmur, çünki bunun üçün beynəlxalq avtoritet referatlar və dərclərin məlumatlar bazasına, məsələn Web of Science, qoşulmurlar və indeksasiya olmurlar, bu axtarış zamanı aşkarlanma keyfiyyətini endirir.

Health and Science Initiatives bu işdə sizə çox yüksək səviyyədə köməklik göstərə bilər. Belə ki, biz beynəlxalq Strikeplagiarism.com-un üzvü olaraq sizin elmi işinizin ən qısa zamanda hesabatını hazırlayaraq əlavə olaraq sizə ekspert rəyi təqdim edəcəyik. Strikeplagiarism.com antiplagiat sistemi ödənişli bir sistemdir və dünya üzrə ən etibarlı antiplagiat sistemlərindən biri hesab olunur. AR Ali Attestasiya Komissiyası StrikePlagiarism.com verilənlər bazasında bütün dissertasiya və elmi məqalələrini yoxlamağa imkan verən bir müqavilə imzalamışdır, beləliklə bu sistem ölkəmizdə aparılan elmi dərclərin və işlərin plagiarizmə yoxlanması üçün qəbul edilmişdir. Elmi yazı, məqalə dissertasiyalarınızda plagiatın tam və etibarlı şəkildə yoxlanılmasını bizə əmanət edə bilərsiniz.