Səhiyyə

21-ci əsrdə bir həkim işi yalnız terapevtik istiqamət deyil, bir çox yeni müasir vektor da daxil olmaqla daha çox funksiyalı olmuşdur. Bunlara teletəbabətin inkişafı, ictimai səhiyyə, xəstələrin elektron məlumat bazasının yaradılması, tibb müəssisələrinin akkreditasiyası, həkimlərin iş şəraitinin və iş vaxtının optimallaşdırılması, ilkin səhiyyə sistemi və yüksək ixtisaslaşmış müəssisələrdə yeni iş metodlarının uyğunlaşdırılması, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat keyfiyyətinin yaxşılaşdırma tədbirləri daxildir.
Yuxarıda göstərilən sahələrin hər biri xüsusi kvalifikasiya və təcrübə tələb edən işlərdir. Böyük bir tibb mərkəzinin həkimi və ya direktoru ola bilərsiniz və ya xüsusi praktika ilə məşğul ola bilərsiniz. Xəstələrin müalicəsi ilə rahatlıqla məşğul olmağınız üçün dünyanın aparıcı universitetlərində təhsil alan mütəxəssislərimiz, işinizi ən müasir standartlara uyğun təşkil etməyinizə kömək edəcəkdir.

Fəaliyyət istiqamətlərimiz

  • Akkreditasiyaya dəstək xidmətləri (JCİ, İSO)
  • Tibb müəssisəsinin fəaliyyətinin təhlili, inkişaf planının tərtibi
  • Transformasiya və dəyişikliyin idarə olunması xidmətləri
  • Klinik qərarların qəbuluna dəstək sistemnin qurulması
  • Tibb müəssisələrində vahid DataBase idarəetmə sistemlərinin qurulması
  • Pasientlərlə işin qurulması
  • Rəqəmsal (Elektron) Səhiyyə
  • Tibbi konsyerj xidməti
  • Pasiyentlər üçün ikinci həkim fikri
  • Xarici ölkələrdə müayinə və müalicə xidmətləri
  • Videokonsultasiya və teletəbabət
  • Palliativ qayğı
  • Sübuta əsaslanan təbabətin geniş yayılması
  • Tibbi hüquqi xidmətlər
  • Əmək sağlamlığı və həyat təhlükəsizliyi
  • Tibb müəssisələri və həkimlər üçün SMM xidmətləri