Hörmətli və dəyərli izləyicilərimiz!
24-25 iyun 2022-ci il tarixlərində Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası, Azərbaycan Pediatriya Cəmiyyəti, K.Y. Fərəcova Elmi Tədqiqat Pediatriya İnstitutu və Milli Nevroloqlar Assosasiyasının birgə təşkilatçılıqı ilə keçirilən “Nadir genetik xəstəliklərə multidissiplinar yanaşma” elmi-praktiki konfransı uğurla başa çatdı. Konfransda 100- dən çox nevroloq, pediatr və digər ixtisas həkimlər iştirak etdi. Tədbirə xarici Prof. Ezgü Fatih Süheyl, Prof. Kürşad Aydın, Prof. Tuğba Hırfanoğlu, Prof. Ebru Arhan, Prof. Ayşe Çiğdem, Prof. Elxan Rəsulov və yerli məruzəçilər, Prof. Aytən Məmmədbəyli, Uzm. Dr. Allahverdi, Uzm. Dr. Erkin Rəhimov, Dos. Nailə Rəhimova, Dos. Zemfira Quliyeva Ə.Əliyev, T.ü.f.d. Səltənət Ağayeva, Dr. İlahə Hacıyeva, Dr. Mədinə Tağıyeva, gənc həkimlər Dr. Jalə İbrahimova, Dr. Turan Mirzəyeva, Dr. Yaqub Allahverdiyev, pasient təşkilatı nümayəndələri Samat Ramazanov, Səməd Həsənli və Aysel Əhmədova öz töhvələrini verdilər. Tədbirdə başda Prof. Aytən Məmmədbəyli olmaqla olmaqla əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk. Təşkilati və media dəstəyə görə CP Academy və SƏHHƏT TV yə xüsusi təşəkkürümüzü bildiririk. Tədbirdən görüntüləri sizlərə təqdim edirik.