Hörmətli və dəyərli izləyicilərimiz!
20 may 2023-cü il tarixində Azərbaycan Uşaq Nevroloqları Assossasiyası və Health and Science İnitiatives şirkətinin birgə təşkilatçılıqı ilə keçirilən "UŞAQLARDA GENETİK XƏSTƏLIKLƏRIN ERKƏN AŞKARLANMASI VƏ DİAQNOSTIKASI. KLİNİKİ HALLARIN TƏHLİLİ" elmi və praktiki seminarı uğurla keçirilib.
Seminarda Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının prezidenti, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri Prof. Aytən Məmmədbəyli, M.Ospanov adına Qərbi Qazaxıstan Dövlət Tibb Universiteti, Psixiatriya və Narkologiya kursu ilə Nevrologiya kafedrasının müdiri Dos. Dr. Dinmuxamed Ayaqanov , Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, pediatriya kafedrasının dosenti Dos. Dr. Zemfira Quliyeva və qonaq məruzəçi qismində "SMA xəstələrinə yardım" İctimai Birliyin sədri Səməd Həsənli çıxış etmişdirlər. Seminar zamanı həkimlərə Dünyada nadir genetik xəstəliklərin yayılması və xəstələnmə tezliyi, Düşen miopatiyası, SƏA klinika və müasir müalicə metodları, Mukopolisaxaridoz (MPS) və Neyron seroid lipofussinozu (NCL) haqqında geniş məlumat verdilər.
Tədbirdə 60-a yaxın tibbin müxtəlif sahələrindən həkimlər - nevroloq, həkim-genetik, uşaq nevroloqu, infeksionist, pediatr, ortoped, reabilitoloq iştirak etmişdir. Tədbiri uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edildi. Tədbirin məqsədi, həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, müxtəlif tibb peşələri üzrə mütəxəssislərin gələcəkdə öz praktik fəaliyyətlərində tətbiq etmək olub.
Tədbirə dövlət müəssisələrindən - Dövlət poliklinikaları, Şəhər Xəstəxanaları, Bakı Sağlamlıq Mərkəzi, Respublika Diaqnostika Mərkəzi, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Azərbaycan Tibb Universiteti, Uşaq Nevroloji Xəstəxanası, Respublika Perinatal Mərkəzindən həmçinin özəl müəssisələrdən – BAKU Medikal Plaza, Ellab diaqnostic, CP Academy, Unikal klinikadan iştirakçılar qatılmışdırlar.
Sonda tədbirin təşkilatçıları Azərbaycan Uşaq Nevroloqları Assossasiyasına, Health and Science İnitiatives şirkətinə, sponsorlara – Biomarin, Roche və Pharm & Access şirkətlərinə və əməyi keçən hər kəsə təşəkkürlər bildirildi. Seminar iştirakçıları 5 Davamlı Tibbi Təhsil (DTT) kredit balı qazanıblar.
Seminardan foto və video görüntüləri sizlərə təqdim edirik.