Hörmətli və dəyərli izləyicilərimiz!
28-29 aprel 2023-cü il tarixində “Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti” İctimai Birliyi, İ.M.Seçenov adına BMDTU-nin Bakı filialının klinik bazası olan Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Health and Science İnitiatives şirkətinin təşkilati dəstəyi ilə keçirilən “Nevrologiyada Kəskin Vəziyyətlər: Modul 3. Kəskin hərəkət pozuntuları və Modul 4. Kəskin koqnitiv pozuntuları” mövzusunda əyani formatda təlimi uğurla keçirilib. 
Təlimdə Milli Onkologiya Mərkəzi, Reanimasiya şöbəsinin həkim- reanimatoloqu Dr. Nərminə Əzizova , Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, nevroloq, neyrofizioloq Dr. Mərziyyə Məmmədova və qonaq təlimçi qismində Aabenraa Universitet Hospital, Nevrologiya şöbəsi İnsult üzrə şöbədə baş mütəxəssis, Uzman nevroloq Dr. Mübariz Murtuzov təlimçi qismində çıxış etmişdirlər. Təlim zamanı həkimlərə Miastenik kriz, Akatiziya, Ataksiyalar, Delirium, Psixomotor oyanıqlıq, Kəskin dissosiativ koqnitiv pozuntu, Diskineziyalar, Parezlər, Bədxassəli neyroleptİk sindrom vəziyyətlərində hospitalönü və hospital mərhələlərindəki idarəetmədən geniş məlumat verdilər. Sonda həkimlər komandalara ayrılıb, Tədris Simulyasiya Mərkəzinin reanimasiya və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində manipulyasiyalar apardılar və 4 keys əsasında ekspertlərlə birlikdə simulyasiya avadanlıqlarının üzərində klinik vəziyyətləri fəal şəkildə təhlil etdilər.
Tədbirdə 20-yə yaxın tibbin müxtəlif sahələrindən həkimlər- nevroloq və terapevtlər iştirak etmişdir. Tədbiri uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edildi. Tədbirin məqsədi, həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, praktik bacarıqlarını artırmaq və simulyasiya təlimini müxtəlif tibb peşələri üzrə mütəxəssislərin gələcəkdə öz praktik fəaliyyətlərində tətbiq etmək olub.
Tədbirə dövlət müəssisələrindən - Dövlət poliklinikaları, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Şəhər Xəstəxanaları, Bakı Sağlamlıq Mərkəzi, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi, Milli Onkologiya Mərkəzindən həmçinin özəl müəssisələrdən – Rövşən Həsənov nevrologiya klinikasi, Karia Tibb Mərkəzi Quba, Xəzər Tibb Mərkəzindən  iştirakçılar qatılmışdırlar.
Sonda tədbirin təşkilatçıları “Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti” İctimai Birliyinə, İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki bazası olan Bakı Sağlamlıq Mərkəzinə, Health and Science İnitiatives şirkətinə, xüsusən tədbirin layihə rəhbərləri Dr. Mərziyyə Məmmədova və T.ü.f.d. Dr. Zəhra Vəzirovaya, həmçinin Tamilla Məmmədovaya və tədbirin texniki heyəti Dmitriy Semyonov və Orxan Səfərliyə, Xüsusiləşdirilmiş pasient təlimi keçmiş Mina Eyubovaya, sponsorlara - Materia Medica, Gerofarm şirkətlərinə və əməyi keçən hər kəsə təşəkkürlər bildirildi. Sonda təlim iştirakçıları sertifikatlarla və 8 Davamlı Tibbi Təhsil (DTT) kredit balı qazanıblar. 
Təlimdən foto və video görüntüləri sizlərə təqdim edirik.


Təlimdən video görüntü