Hörmətli və dəyərli izləyicilərimiz! 
8 aprel 2023-cü il tarixində Prof. Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı  ilə keçirilən “NEVROLOGİYA ŞƏNBƏ SEMİNARLARI. EPİSODE IV. MRT nevroloqun praktikasında: norma və patologiya” seminarı uğurla keçirilib.

Təlimdə ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının professoru, Rövşən Həsənovun Nevrologiya Klinikasının rəhbəri Prof. Rövşən Həsənov, Diaqnoz tibb mərkəzinin radioloqu Dr. Aydın Mirzəyev, R. Həsənovun Nevrologiya  Klinikasının nevroloqları  Dr. Nurlana Ağayeva və Dr. İlahə Əzizova bu sahədə çalışan həkimlərə MRT metodunun fiziki əsasları, istifadə olunan rejimlərin diaqnostik imkanları, baş və onurğa beynin MRT topoqrafiyası, radiologiyada təbiət eponimləri, baş beynin bəzi degenerativ xəstəlikləri, ağ maddə xəstəlikləri və insultların MRT diaqnostikası və xüsusiyyətləri haqqında geniş məlumat verdilər. Onlar bu xəstəliklərin diaqnostikasına dair pasientlərin kliniki halları və video materialları ilə zəngin geniş məruzə etmişdirlər.

Tədbirdə 60-a yaxın tibbin müxtəlif sahələrindən həkimlər – nevroloq və radioloq iştirak etmişdir. Tədbirin məqsədi, həkimlərin bilik v ə bacarıqlarının təkmilləşdirilməsi və bu bilikləri müxtəlif tibb peşələri üzrə mütəxəssislərin gələcəkdə öz fəaliyyətlərində tətbiq etmək olub.

Tədbirə dövlət müəssisələrindən - dövlət poliklinikaları, elmi-tədqiqat  institutu, şəhər xəstəxanaları, eləcə də Yeni Klinika,  Respublika Perinatal Mərkəzi, DTX Hospitaldan, həmçinin özəl müəssisələrdən – Rövşən Həsənov nevrologiya klinikasi, Modern hospital, Xəzər Tibb Mərkəzi,  AysMed klinika, Spero Hospital, Kepez Hospital, Atlas klinikasi, Baku Medical Plaza, ASMED klinikası, İstanbul NS klinikasından iştirakçılar qatılmışdırlar.

Sonda tədbirin təşkilatçıları Prof. Rövşən Həsənovun Nevrologiya Klinikasına, Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubuna, tədbirin sponsoru – KRKA şirkətinə və əməyi keçən hər kəsə təşəkkürlər bildirildi.  Təlimdən foto və video görüntüləri sizlərə təqdim edirik.