Hörməti həmkarlar!
17 noyabr 2021-ci il tarixində AMSEC Tibbi Simulyasiya Mərkəzində “Nevrologiyada təcili vəziyyətlər” təliminin ilk günü keçirildi. Təlim AMSEA Tibbi Simulyasiya Assosiasiyası və Health and Sience İnitiatives MMC birgə təşkilatçılığı ilə Danimarkadan xüsusilə dəvət olunmuş beynəlxalq dərəcəli və yerli ekspertlər (Danimarkadan -Dr. Aybəniz Murtuzova, Dr. Mubariz Murtuzov, Dr. Zahid Abbas Minhas, Azərbaycandan – Dr. Sahil Mirzayev, Dr. Mərziyyə Məmmədova) tərəfindən keçirilib.

Bu formatda təlim Azərbaycanda ilk dəfə keçirildi. Beləki, təlim iştirakçıları təlimçilərin maraqlı çıxışlarını dinləmək ilə yanaşı, eyni zamanda xüsusi simulasiya otaqlarında robot və manikenlər üzərində təcrübə keçmişlər. Bu təlimdə sinkopların müxtəlif kliniki halları olan pasiyentlərdə müayinəsi, diaqnostikası və müalicəsi, beyin ölümü, insult, epilepsiya, tutmalar, qıcolmalar, təcili görmə pozuntuları olan pasiyentlərin müxtəlif kliniki hallarda müayinəsi mövzularına toxunulub.