Hörmətli həmkarlar!
Müasir nevroloji və reabilitoloji klinikanı neyrofizioloji tədqiqatsız, xüsusən elektromioqrafiyasız təsəvvür etmək mümkün deyil. Uzun illərdir bu sahədə azərbaycan dilli tədris-metodik vəsaitin olmaması həm rezidentlər və gənc mütəxəssislər, həm də bu sahədə çalışan həkimlər üçün ciddi çətinliklər yaradırdı. Bunu nəzərə alaraq kliniki elektromioqrafiya üçün metodik vəsaiti ərsəyə gətirdik və o, nəhayət işıq üzü gördü. Bu vəsait həm terminologiyanın azərbaycan dilində unifikasiyası və alınmış nəticələrin interpretasiyası, həm də müxtəlif xəstəliklərdə elektromioqrafik məlumatların düzgün anlaşılmasında mütəxəssislərin yardımçısı ola bilər. Belə ki, vəsaitdə elektromipqrafiyamın texnikası ilə yanaşı, ayrı-ayrı nazologiyalar üzrə geniş məlumat verilmişdir.


Kitabı almaq üçün aşağıdaki linkə keçid edin:


Ödənişə qısa məsafələrdə şəhər daxilində çatdırma da daxildir.