Hörmətli və dəyərli izləyicilərimiz!
30-31 mart 2023-cü il tarixində “Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti” İctimai Birliyi, İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki bazası olan Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Health and Science İnitiatives şirkətinin təşkilati dəstəyi ilə keçirilən “Nevrologiyada Kəskin Vəziyyətlər: Modul 1. Huşsuz pasiyent və Modul 2. Sinkopal vəziyyətlər” mövzusunda əyani formatda təlimi uğurla keçirilib. Təlim Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən Davamlı Tibbi Təhsil fəaliyyəti kimi akkreditasiya olunmuş və 6 DTT kredit balı ilə dəyərləndirilmişdir.

Təlimdə Milli Onkologiya Mərkəzi, Reanimasiya şöbəsinin həkim- reanimatoloqu Dr. Nərminə Əzizova , BP Şahdəniz lahiyəsində sənaye təbabəti həkimi Dr. Sahil Mirzəyev və qonaq təlimçi qismində Aabenraa Universitet Hospital, Nevrologiya şöbəsi İnsult üzrə şöbədə baş mütəxəssis, Uzman nevroloq Dr. Mübariz Murtuzov, həkimlərə  Sinkopal və Huşsuz Pasiyent vəziyyətlərində  hospitalönü və hospital mərhələlərindəki idarəetmədən geniş məlumat verdilər. Sonda həkimlər komandalara ayrılıb, Tədris Simulyasiya Mərkəzinin reanimasiya və təcili yardım otaqlarında robot-simulyatorlar üzərində manipulyasiyalar apardılar və 4 keys əsasında ekspertlərlə birlikdə simulyasiya avadanlıqlarının üzərində klinik vəziyyətləri fəal şəkildə təhlil etdilər.

Tədbirdə 30-a yaxın tibbin müxtəlif sahələrindən həkimlər- nevroloq, reanimatoloq, terapevt, təcili tibbi yardım həkimləri, kardioloqlar iştirak etmişdir. Tədbiri uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim edildi. Tədbirin məqsədi, həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, praktik bacarıqlarını artırmaq və simulyasiya təlimini müxtəlif tibb peşələri üzrə mütəxəssislərin gələcəkdə öz praktik fəaliyyətlərində tətbiq etmək olub.

Tədbirə dövlət müəssisələrindən - Dövlət poliklinikaları, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Şəhər Xəstəxanaları, Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Milli Onkologiya Mərkəzindən həmçinin özəl müəssisələrdən – Rövşən Həsənov nevrologiya klinikasi, Baku medical plaza, Mediklab klinikasından iştirakçılar qatılmışdırlar.

Sonda tədbirin təşkilatçıları “Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti” İctimai Birliyinə, İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki bazası olan Bakı Sağlamlıq Mərkəzinə, Health and Science İnitiatives şirkətinə, xüsusən tədbirin layihə rəhbərləri Dr. Mərziyyə Məmmədova və T.ü.f.d. Dr. Zəhra Vəzirovaya, həmçinin Tamilla Məmmədovaya və tədbirin texniki heyəti Dmitriy Semyonov və Orxan Səfərliyə, sponsorlara - Materia Medica, Pharmanova şirkətlərinə və əməyi keçən hər kəsə təşəkkürlər bildirildi. 

Təlimdən foto və video görüntüləri sizlərə təqdim edirik.


Aşağıdakı keçiddən kitabdakı təlimə dair video ilə tanış ola bilərsiniz:

Təlimdən video görüntü