Hörmətli və dəyərli izləyicilərimiz!
12 mart 2023-ci il tarixində Azərbaycan Uşaq Nevroloqları Assossasiyası, Health and Science İnitiatives şirkətinin birgə təşkilatçılığı və Müasir Psixologiya Mərkəzinin iştirakı ilə keçirilən “UŞAQLARIN İNKİŞAFININ QİYMƏTLƏNDİRİLMƏSİ  ÜZRƏ PSİXOLOJİ TESTLƏR: Good Enough Harris (insan şəkli) testi” praktik təlimi uğurla keçirilib.

Təlimdə Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının prezidenti, Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri Prof. Aytən Məmmədbəyli 5-12 yaş uşaqların erkən inkişaf skirinqi haqqında bu sahədə çalışan həkimlərə geniş məlumat verdi. Bununla yanaşı, Müasir Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Aida Sübhan və klinik psixoloq Nərmin Məmmədova GOODENOUGH HARRIS - Psixometrik testi, onunla skrininq və qiymətləndirmə aparılması üsullarını iştirakçılara öyrətdilər və canlı olaraq testi 6 yaşı uşaq üzərində tətbiq edib, nəticələri və interpretasiyanı auditoriya ilə müzakirə etdilər. 

Tədbirdə 60-a yaxın tibbin müxtəlif sahələrindən həkimlər-nevroloq, pediatr, uşaq nevroloqu, psixiatr və psixoloqlar iştirak etmişdir. 

Tədbirə dövlət müəssisələrindən - Dövlət uşaq poliklinikaları, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Şəhər Xəstəxanaları, Psixi Sağlamlıq Mərkəzi, Mərkəzi Gömrük hospitalı,  Respublika Perinatal Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutundan, həmçinin özəl müəssisələrdən - Yasamal hospital, Avrasiya klinikası, Fetal Mərkəz, Ultramed klinika, Referans klinikası, Medikus Clinic, Baku medical plaza, Caspian İnternational Hospital, Mayomed fizioterapiya reabilitasiya mərkəzi, Uşaq Bərpa Mərkəzindən iştirakçılar qatılmışdırlar.

Təlimin təşkilinin məqsədi psixoloq və tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, uşaqların inkişafının qiymətləndirilməsində beynəlxalq GOODENOUGH HARRIS (insan şəkli) testinin istifadəsi və interpretasiyası ilə tanış etmək və gələcəkdə öz praktik fəaliyyətlərində tətbiq etmək olub.

Sonda tədbirin təşkilatçısı Health and Science İnitiatives şirkətinə, Azərbaycan Uşaq Nevroloqları Assossasiyasına, Müasir Psixologiya Mərkəzinə, sponsorlara - Materia Medica, Medicus LN Company və əməyi keçən hər kəsə təşəkkürlər bildirildi. 
Təlimdən foto və video görüntüləri sizlərə təqdim edirik.


Təlimdən video görüntü