16-17 yanvar 2021-ci il tarixlərində növbəti təlimimiz uğurla başa çatdı. Bu dəfə biz təlimçi sənaye təbabəti həkimi Dr. Sahil Mirzəyevlə “Miqren.Diaqnostika. Menecment. Ziddiyyətlər və yeniliklər.” mövzusunda geniş müzakirələr etdik, beynəlxalq ədəbiyyat icmalına ekskurs etdik. Təlim çox məhsuldar keçdi və sonda müxtəlif kliniki hallar iştirakçılar ilə interaktiv şəkildə təhlil edildi. İştirakçılar bu təlimdən öz töhvələrin alaraq gələcəkdə də belə təlimlərdə iştirak etmək arzusunda olduqlarını bildirdilər.