Hörmətli və dəyərli izləyicilərimiz!

30-31 may 2022-ci il tarixlərində Azərbaycan Uşaq Nevroloqları Assosiasiyası,  Avropa Uşaq Nevrologiyası Cəmiyyəti (EPNS)Milli Nevroloqlar Assosiasiyasının təşkilatçılıqı ilə və Health and Science İnitiatives -in Azərbaycan Nevroloqlar Klubunun texniki dəstəyi ilə keçirilən “EPNS Bakı virtual kursu”  vebinarı uğurla başa çatdı. Vebinarda 50 -ə yaxın müxtəlif ölkələrdən olan nevroloq və pediatr həkimlər iştirak etdi. Vebinara bir çox xarici  məruzəçilər Dr. Hans Hartmann, Prof. Sameer M Zuberi, Dr. Alasdair Parker, Dr.Nailə İsmayılova, Dr. Francesco Brigo, Dr. Anaita Udwadia-Hegde, Dr. Louise Hartley, Dr. Alison Sansome, Dr. Altynshash Jaxybayevavə, eləcə də yerli məruzəçilər Prof. Aytən Məmmədbəyli, Dr.Röyanə Quluzadə, Dr.Hüseyn Sultanov, Dr.İlahə Hacıyeva, Dr. Rima İbadova, Dr. Mədinə Tağıyeva, Dr. Təranə Seyid-Məmmədova, Dr. Mərziyyə Məmmədova, Dr. Suğra Quliyeva  öz tövhələrini verdilər. Kursun qiymətləndiliməsi məqsədi ilə tədbir öncəsi və sonda maraqlı viktorinalar keçirildi. Kursda yerli spikerlər arasında ən maraqlı təqdimata görə 3 yer üzrə qaliblər seçildi, münsiflər heyəti xarici spikerlərdən ibarət idi. Birinci yeri Dr. Suğra Quliyeva, ikinci yeri Dr. Mədinə Tağıyeva, üçüncü yeri isə Dr. Təranə Seyid-Məmmədova qazanmışlar. Kursun təşkilində əməyi keçən hər kəsə təşəkkürlərimizi bildiririk. Vebinardan görüntüləri sizlərə təqdim edirik.