Hörmətli və dəyərli izləyicilərimiz!

18-19 İyun 2022-ci il tarixlərind Health and Science Initiatives nəzdində yaranmış Elmi Araşdırmalara Dəstək Mərkəzi, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu və Almaniyanın Pharma Akademie şirkəti tərəfindən birgə təşkil olunmuş “Good Clinical Practice (GCP) – Etibarlı Klinik Təcrübə” təlimi uğurla başa çatdı. Təlimdə 20-yə yaxın həkim iştirak etdi. Həmçinin onların arasında Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, T.ü.f.d., Dr. Pərvin Əkbərov da iştirak edirdi. Təlimdə əməyi keçən hər kəsə, xüsusilə Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoruna təşkilati dəstəyə görə öz təşəkkürlərimizi bildiririk. Vebinardan görüntüləri sizlərə təqdim edirik.