DÜNYA ALZHEİMER GÜNÜ

Hörmətli izləyicilərimiz!

 

Sizi  Health and Science İnitiatives təşkilatçılıqı ilə keçirilən DÜNYA ALZHEİMER GÜNÜnə həsr olunmuş həkimlər və pasient yaxınları üçün görüşdə iştirak etməyə dəvət edirik.

 

Proqram:

TEZLİKLƏ!

 

Məruzəçilər:

T. e. d. Dr. Araz Əliquliyev, MediArt Psixi Sağlamlıq Mərkəzinin baş həkimi, psixiatr

B.e.i. Dr. Mərziyyə Məmmədova, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofizologiya kafedrasının assistenti

MSc Aydan Xasməmmədzadə, Sinir elmləri üzrə magistr dərəcəsi, Xəzər Universiteti, Psixologiya kafedrasının müəllimi, Hb güvən, Mediart klinikasının klinik psixoloqu, addiktoloqu

 

Tarix/Saat: 23 sentyabr 2023-cü il, 14:00-18:00

Məkan: Otel

Aidiyyatı olan ixtisaslar: nevroloq,  terapevt, ailə həkimi, neyrocərrah, təcili tibbi yardım həkimi, reabilitoloq, psixoloq, psixiatr

Dil: Azərbaycan

Ödənişsiz 

Sertifikat: verilir 

Yerlər məhduddur: 100 iştirakçı

Qeydiyyatın son günü: 20 sentyabr 2023-cü il

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir. Sertifikat tədbirdən sonra 1 ay ərzində onlayn şəkildə saytımızdaki şəxsi kabinetinizə yerləşdirilir. Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.