Hörmətli və dəyərli izləyicilərimiz!
Sizi Azərbaycan Uşaq Nevroloqları Assossasiyası və Health and Science İnitiatives şirkətinin birgə təşkilatçılıqı ilə keçirilən "Patogenetik müalicəsi olan orfan və neyrodegenerativ xəstəliklərin diaqnostik alqoritmi" seminarında iştirak etməyə dəvət edirik.
Proqram
Moderatorlar :
Prof. Dr. Aytən Məmmədbəyli, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının prezidenti. Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri
Dos. Dr. Şəhla Mehdiyeva, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrası
13.00-13.30 Qeydiyyat
13.30-13.40 Açılış. Prof. Dr. Aytən Məmmədbəyli
13.40-14.00 MPS diaqnostika alqoritmi. Dos. Dr. Zemfira Quliyeva
14.00-14.20 Xəstələrin nümunəsində MPS 4 və 6 növ klinik xüsusiyyətləri. Dos. Dr. Zemfira
14.20-14.40 SMA diaqnozu və klinik xüsusiyyətləri. Dr Firuzə Əmirəliyeva
14.40-15.00 SMA patogenetik müalicəsi və reabilitasiyası. Dr. İlahə Hacıyeva
15.00-15.20 Proqressiv Düşen miopatiyası , simptomatik və patogenetik müalicə prinsipləri. Dr. Mədinə Tağıyeva
15.20-15.40 Çay fasiləsi
15.40-16.00 Alzheimer xəstəliyin erkən diaqnozu. B.e.i. Dr. Mərziyyə Məmmədova
16.00-16.20 NSL tip 2 klinikası və müalicəsi. Prof. Dr. Aytən Məmmədbəyli
16.20-16.40 Reproduktiv yaşda olan qadınlarda dağınıq skleroz. T.ü.f.d. Dr. Nuranə Həmidova
16.40-17.00 Ergoterapiya bir klinisistin praktikasında. Dr. Röya Musayeva
17.00-18.00 Müzakirə, sual və cavablar
Təlimçilər:
Prof. Dr. Aytən Məmmədbəyli, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının prezidenti. Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri
Dos. Dr. Zemfira Quliyeva Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, pediatriya kafedrasının dosenti
Dr Firuzə Əmirəliyeva, Kliniki Tibbi Mərkəz, Uşaq Nevroloji Xəstəxanasının nevroloqu
Dr. İlahə Hacıyeva, Uşaq Klinik Xəstəxanasının nevroloqu, "Serebral İflic Akademiyası" tibb mərkəzinin direktoru
Dr. Mədinə Tağıyeva, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrası
B.e.i. Dr. Mərziyyə Məmmədova, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofizologiya kafedrasının assistenti
T.ü.f.d. Dr. Nuranə Həmidova, Azərbaycan Tibb Universiteti Mamalıq-Ginekologiya kafedrası
Dr. Röya Musayeva, Tusi klinikasının vertebroloq-osteopatı
Tədbir üzürlü səbəblərdən növbəti aylara təxirə salınır. Tarix barədə qərar verilən kimi sizlərə mail ilə məlumat veriləcəkdir.
Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.Davamlı Tibbi Təhsili kredit balları təşkilatçı tərəfindən 1 ay ərzində davamlı tibbi təhsil kabinetinizə yüklənəcək.