Patogenetik müalicəsi olan orfan və neyrodegenerativ xəstəlİklərin dİaqnostik alqoritmi

Hörmətli və dəyərli izləyicilərimiz!

Sizi Azərbaycan Uşaq Nevroloqları Assossasiyası  və Health and Science İnitiatives şirkətinin birgə təşkilatçılıqı ilə keçirilən "Patogenetik müalicəsi olan orfan və neyrodegenerativ xəstəliklərin diaqnostik alqoritmi" seminarında iştirak etməyə dəvət edirik.

 

Proqram

Moderatorlar :

Prof. Dr. Aytən Məmmədbəyli, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının prezidenti. Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri

Dos. Dr. Şəhla Mehdiyeva, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrası

 

13.00-13.30         Qeydiyyat

13.30-13.40         Açılış. Prof. Dr. Aytən Məmmədbəyli

13.40-14.00         MPS diaqnostika alqoritmi. Dos. Dr. Zemfira Quliyeva

14.00-14.20          Xəstələrin nümunəsində MPS 4 və 6 növ klinik xüsusiyyətləri. Dos. Dr. Zemfira

14.20-14.40         SMA diaqnozu və klinik xüsusiyyətləri.  Dr Firuzə Əmirəliyeva

14.40-15.00         SMA patogenetik müalicəsi və reabilitasiyası. Dr. İlahə Hacıyeva

15.00-15.20         Proqressiv Düşen miopatiyası , simptomatik və patogenetik müalicə prinsipləri. Dr. Mədinə Tağıyeva

15.20-15.40         Çay fasiləsi

15.40-16.00         Alzheimer xəstəliyin erkən diaqnozu. B.e.i. Dr. Mərziyyə Məmmədova

16.00-16.20         NSL tip 2 klinikası və müalicəsi. Prof. Dr. Aytən Məmmədbəyli

16.20-16.40         Reproduktiv yaşda olan qadınlarda dağınıq skleroz. T.ü.f.d. Dr. Nuranə Həmidova

16.40-17.00         Ergoterapiya bir klinisistin praktikasında.  Dr. Röya Musayeva

17.00-18.00         Müzakirə, sual və cavablar

 

Təlimçilər:

 

Prof. Dr. Aytən Məmmədbəyli, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının prezidenti. Azərbaycan Tibb Universitetinin nevrologiya kafedrasının müdiri

Dos. Dr. Zemfira Quliyeva Azərbaycan Dövlət Həkimləri təkmilləşdirmə İnstitutu, pediatriya kafedrasının dosenti

Dr Firuzə Əmirəliyeva, Kliniki Tibbi Mərkəz, Uşaq Nevroloji Xəstəxanasının nevroloqu

Dr. İlahə Hacıyeva, Uşaq Klinik Xəstəxanasının nevroloqu, "Serebral İflic Akademiyası" tibb mərkəzinin direktoru

Dr. Mədinə Tağıyeva, Azərbaycan Tibb Universiteti Nevrologiya kafedrası

B.e.i. Dr. Mərziyyə Məmmədova, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofizologiya kafedrasının assistenti

T.ü.f.d. Dr. Nuranə Həmidova, Azərbaycan Tibb Universiteti Mamalıq-Ginekologiya kafedrası

Dr. Röya Musayeva, Tusi klinikasının vertebroloq-osteopatı

 

  • Aidiyyatı olan ixtisaslar: nevroloq, həkim-genetik, uşaq nevroloqu,  pediatr, ortoped, reabilitoloq 
  • Ödənişsiz
  • Dil: Azərbaycan
  • Sertifikat: verilir
  • Yerlər məhduddur: 60 iştirakçı

 

Tədbir üzürlü səbəblərdən növbəti aylara təxirə salınır. Tarix barədə qərar verilən kimi sizlərə mail ilə məlumat veriləcəkdir.

 

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.Davamlı Tibbi Təhsili kredit balları təşkilatçı tərəfindən 1 ay ərzində davamlı tibbi təhsil kabinetinizə yüklənəcək.