Hörmətli həkimlər!
Sizləri Egis, Health and Science İnitiatives şirkətlərinin və Azərbaycan Nevroloqları Klubunu birgə təşkilatçılığı ilə 21 SENTYABR DÜNYA ALZHEYMER GÜNÜnə həsr olunmuş vebinara dəvət edirik!
Vebinarda demensiyaların diaqnostika və müalicəsinə dair həkimlər üçün çox aktual mövzulara toxunulacaqdır.
Proqram
17.00-18.15 Dr. Mərziyyə Məmmədova Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyro-fizioloji laboratoriyanın elmi işçisi, nevroloq
Demensiya. Diaqnostika. Fronto-temporal demensiya. Alzheymer xəstəliyi. Ağırlaşmalar. İCD-10 ilə kodlaşdırma. Birincili və ikincili demensiyanın idarəedilməsi. Müalicə: farmakoloji və nonfarmakoloji. Praktik tövsiyyələr. Yuxu. Qastroenteroloji problemlər. Demensiya və Kovid 19
18.15-19.00 Aydan Xasməmmədzadə, kliniki psixoloq, neyroelmlər üzrə mütəxəssis, psixoterapevt
Koqnitiv testlərin istifadəsi. (Koqnitiv Qiymətləndirmə). Mini Cog, MoCa (Montreal Koqnitiv qiymətləndirmə) tətbiqi – düzgün və yanlış cavablar. MMSE + ADDENBROOKE -un idrak yoxlanması (səhv nümunələri, hesablama üsulu). AD-8, + 6 CIT (tətbiqi). Testlərin nümunələri ilə izahları