Nevrologiya Şənbə Seminarları. Epizod III. Bütün tunnel sindromları

Hörmətli və dəyərli izləyicilərimiz!

Sizi 28 yanvar 2023-cü il tarixində Prof. Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı  ilə keçirilən “ Nevrologiya Şənbə Seminarları Epizod III “Bütün tunnel sindromları” da iştirak etməyə dəvət edirik.

 

Proqram:

13:30-14:00 Qeydiyyat

14:00-14:30 Tunnel sindromlarının mahiyyəti. Prof. Rövşən Həsənov

14:30-15:30 Yuxarı ətraf tunnel sindromları. T.ü.f.d. Dr. Nərgiz Ağayeva

15:30-16:30 Aşağı ətraf tunnel sindromları. Dr. Ramil Əfəndiyev

16:30-16:45 Çay fasiləsi

16:45-17:15 Tunnel sindromlarının radioloji və ENMQ diaqnostikası. Prof. Sədaqət Hüseynova

17:15-17:45 Tunnel sindromlarının cərrahi müalicəsi. Dr. Bəhruz Eyvazov

17:45-18:15 Tunnel sindromlarının medikamentoz, fizioterapevtik və reabilitasiya müalicəsi. Prof. Sədaqət Hüseynova

18:15-18:30 Tunnel sindromların digər müalicə üsulları. Prof. Rövşən Həsənov

 

Məruzəçilər:

Prof. Rövşən Həsənov – nevroloq, tibb elmləri doktoru, ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının professoru,  R. Həsənovun Nevrologiya Klinikasının rəhbəri

Prof. Sədaqət Hüseynova –  Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru, Azərbaycan Tibb Universiteti

T.ü.f.d. Dr. Nərgiz Ağayeva – Baku Medical Plaza, nevroloq

Dr. Ramil Əfəndiyev – Olimp Hospital, nevroloq

Dr. Bəhruz Eyvazov – Bakı Bərpa Mərkəzi, Neyrocərrahiyyə xəstəxanası

 

Tarix: 28 Yanvar  2023-cü il

Saat: 14:00-19:00

Məkan:  Hyatt Regency Baku

Hədəf auditoriyası: nevroloq, neyrocərrah

Dil: Azərbaycan

Sertifikat: Verilir

Ödəniş: 70 AZN

HSİ Professional Klubun üzvləri üçün endirimli qiymət -  50 AZN

Yerlər məhduddur: 70 iştirakçı

Qeydiyyatın son günü: 24.01.2023

 

 

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.