Hörmətli və dəyərli izləyicilərimiz!
Sizi 28 yanvar 2023-cü il tarixində Prof. Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı ilə keçirilən “ Nevrologiya Şənbə Seminarları Epizod III “Bütün tunnel sindromları” da iştirak etməyə dəvət edirik.
Proqram:
13:30-14:00 Qeydiyyat
14:00-14:30 Tunnel sindromlarının mahiyyəti. Prof. Rövşən Həsənov
14:30-15:30 Yuxarı ətraf tunnel sindromları. T.ü.f.d. Dr. Nərgiz Ağayeva
15:30-16:30 Aşağı ətraf tunnel sindromları. Dr. Ramil Əfəndiyev
16:30-16:45 Çay fasiləsi
16:45-17:15 Tunnel sindromlarının radioloji və ENMQ diaqnostikası. Prof. Sədaqət Hüseynova
17:15-17:45 Tunnel sindromlarının cərrahi müalicəsi. Dr. Bəhruz Eyvazov
17:45-18:15 Tunnel sindromlarının medikamentoz, fizioterapevtik və reabilitasiya müalicəsi. Prof. Sədaqət Hüseynova
18:15-18:30 Tunnel sindromların digər müalicə üsulları. Prof. Rövşən Həsənov
Məruzəçilər:
Prof. Rövşən Həsənov – nevroloq, tibb elmləri doktoru, ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının professoru, R. Həsənovun Nevrologiya Klinikasının rəhbəri
Prof. Sədaqət Hüseynova – Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktoru, Azərbaycan Tibb Universiteti
T.ü.f.d. Dr. Nərgiz Ağayeva – Baku Medical Plaza, nevroloq
Dr. Ramil Əfəndiyev – Olimp Hospital, nevroloq
Dr. Bəhruz Eyvazov – Bakı Bərpa Mərkəzi, Neyrocərrahiyyə xəstəxanası
Tarix: 28 Yanvar 2023-cü il
Saat: 14:00-19:00
Məkan: Hyatt Regency Baku
Hədəf auditoriyası: nevroloq, neyrocərrah
Dil: Azərbaycan
Sertifikat: Verilir
Ödəniş: 70 AZN
HSİ Professional Klubun üzvləri üçün endirimli qiymət - 50 AZN
Yerlər məhduddur: 70 iştirakçı
Qeydiyyatın son günü: 24.01.2023
Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.