Sizi 12 iyul 2025-ci il tarixində Özəl Tibb Müəssisələri Assosiasiyası İctimai Birliyi (ÖTMA) təşkilatçılığı ilə “A-DAN Z-YƏ GUİLLAİN-BARRE SİNDROMU: MÜASİR PROTOKOLLARDAN İSTİFADƏ ETMƏKLƏ DİAQNOSTİKA, MÜALİCƏ VƏ REABİLİTASİYA” təlim kursuna dəvət edirik.
Təlimin məqsədi müasir beynəlxalq protokollar və klinik tövsiyyələr əsasında Guillain-Barre sindromlu (GBS) xəstələrinin diaqnostikası, müalicəsi və reabilitasiyası məsələlərində Azərbaycanda özəl tibb müəssisələrinin nevroloqlarının peşəkar bilik səviyyəsini və praktiki bacarıqlarını artırmaq, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinə kömək etmək, qabaqcıl xarici təcrübənin mənimsənilməsi və tətbiqi ilə əlaqədar istiqamətləndirməkdir.Təlimdə iştirakçılar GBS üçün ən son klinik tədqiqatlar, diaqnostik üsullar və effektiv müalicə rejimləri ilə tanış olacaqlar. Təlim GBS olan xəstələrin müalicəsi üçün beynəlxalq standartların tətbiqi üzrə praktiki bacarıqların inkişafına kömək edəcək.
Təlimçilər:
Uzm. Dr. Mubariz Murtuzov Medera Hospital, Səudiyyə Ərəbistanı və Danimarka da ixtisaslaşmış beynəlxalq dərəcəli uzman həkim nevroloq
Dr. Elxan Bəşirov, MRCP(UK), EDIC, Baku Medikal Plaza klinikasının baş həkimi, Azərbaycan Reanimatoloqlar-Anestezioloqlar Cəmiyyətinin İdarə Heyəti üzvü
Uzm. Dr. Mədinə Abdullayeva, Mərkəzi Gömrük Hospital, Türkiyədə ixtisaslaşmış uzman həkim-infeksionist
09:30 – 10:00 Qeydiyyat
10:00 – 10:10 Açılış nitqləri
Günel Əliyeva – ÖTMA-nın idarə heyətinin sədri, Mediland Hospitalın baş həkimi, Səhiyyə Nazirliyinin anesteziologiya reanimatologiya üzrə mütəxəssis eksperti
T.ü.f.d.Könül Xəlilova – Respublika Diaqnostika Mərkəzinin baş həkimi
10:10 – 10:20 Tanışlıq və təlim haqqında ümumi məlumat
10:20 – 11:30 Sessiya 1: GBS-nin etiologiyası və patogenezi. Diaqnostik meyarlar və differensial diaqnostika.
Uzm. Dr. Mubariz Murtuzov
11:30 – 12:00 Çay və qəhvə fasiləsi
12:00 – 12:40 Sessiya 1: GBS-nin etiologiyası və patogenezi. Diaqnostik meyarlar və differensial diaqnostika.
Uzm. Dr. Mubariz Murtuzov /Davam/. Testlər
12.40-13.00 Sessiya 2: GBS, GBS+Mix infeksiyalar (EBV, CMV, HPV). Laborator diaqnostika və İdarəetmə
Dr. Mədinə Abdullayeva
13:00 – 13:40 Nahar fasiləsi
13:40 – 14:30 Sessiya 3: GBS ağırlıq dərəcəsinə görə yanaşmalar. GBS pasientlərinə İCU da qayğı. IVIG – İntravenoz İmmunoqlobulin və plazmaferez daxil olmaqla müasir müalicə protokolları Dr. Elxan Bəşirov
14:30 – 15:10 Sessiya 4: Xəstələrin reabilitasiyası və multidissiplinar yanaşma
Uzm. Dr. Mubariz Murtuzov
15:10 – 16:00 Sorğuların keçirilməsi, rəylərin toplanması və təlimin effektivliyinin təhlili. Yekun
Tarix: 12 iyul 2025-ci il
Məkan: Respublika Diaqnostika Mərkəzi, Bakı şəhəri, Tbilisi prospekti, 147, İnzibati Bina, 1 ci mərtəbə, Akt zalı
Hədəf qrupu: Nevrologiya, anesteziologiya-reanimatologiya, pediatriya, infeksion xəstəliklər ixtisası üzrə həkimlər, rezidentlər, tələbələr
İştirakçı sayı: 50 nəfər
Ödəniş: Ödənişli, 40AZN
Aparılan dil: Əsas dil – Azərbaycan dili
Sertifikat: 6 DDT balı, sertifikatı verilir
Qeydiyyatın son günü: 10 iyul 2025-ci il
Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir. Sertifikat tədbirdən sonra 1 ay ərzində onlayn şəkildə saytımızdaki şəxsi kabinetinizə yerləşdirilir. Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yaparıla bilər.