Sahil Mirzəyev

BİO

Sahil  Mirzəyev 1998-ci ildə Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildə həkim-neyrocərrah ixtisası üzrə Respublika Neyrocərrahlıq Xəstəxanasında internatura keçmişdir. 2000-2017-ci illərdə Dövlət Sərhəd Xidmətində hərbi həkim kimi xidmət etmişdir və hazırda ehtiyatda olan tibb xidməti polkovnik-leytenantıdır. 2018-ci ilin fevralından hal-hazıra kimi  “Mediklab” klinikasının təcili yardım bölməsinin həkimi, 2019-cu ilin dekabrından hal-hazıra kimi BP şirkətinin Şahdəniz lahiyəsində sənaye təbabəti həkimi kimi çalışır. Rus və ingilis dillərini bilir. „İlanvurma zamanı ilk yardım, profilaktik və müalicə” adlı metodik vəsaitin, “Nevroloji dilemma: üz sinirinin mərkəzi iflicini periferik iflicdən necə ayırd etməli”, “Tibbi təhsildə və gündəlik həkim praktikasında mnemoniklər və yaddaş üçün digər koqnitiv vasitələr” adlı elmi məqalələrin müəllifidir. Travmalarda Həyata Dəstək Beynəlxalq İrəliləmiş Tibb İşçiləri Kursu (International Trauma Life Support Advanced Provider Course-İTLS), Amerika Ürək Assosiasiyasının Həyata Təməl Dəstək Təminatçısı kursu (AHA Basic Life Support Provider course), Amerika Ürək Assosiasiyasının Həyata Təməl Dəstək Təlimatçısı kursu (AHA Basic Life Support İnstructor course), Amerika Ürək Assosiasiyasının İrəliləmiş Ürək Həyata Dəstək Təminatçısı kursu (AHA Advanced Cardiac Life Support – ACLS), Stanford Universiteti Təcili Tibbi Yardım üzrə onlayn interaktiv kurs (Stanford University Online Emergency Medicine Interactive Course), Stanford Universiteti COVİD-19 xəstəliyi üzrə tibb işçiləri üçün onlayn treyninq (Stanford University Online Training on COVİD-19 for health providers) kimi kurs və treyninqlər keçmişdir.