Hörmətli və dəyərli izləyicilərimiz!
Sizi Health and Science İnitiatives və Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun təşkilatçılıqı ilə “İNKİŞAFIN DƏSTƏKLƏNMƏSİ VƏ İZLƏNİLMƏSİ BEYNƏLXALQ TƏLİM PROQRAMI” konfransında iştirak etməyə dəvət edirik.
Beynəlxalq İnkişafın Dəstklənməsi və İzlənilməsi Rəhbərliyi (İDİR) – (The International Guide for Monitoring Child Development (GMCD)) – universal və kompleksli qiymətləndirmə vasitəsi olaraq erkən yaşlı uşaqların (0-42 ay) 7 inkişaf sahəsi üzrə (ekspressiv nitq, reseptiv nitq, böyük motorika, kiçik motorika, münasibətlərin qurulması, oyun və adaptiv davranış) inkişafını qiymətləndirmək, inkişaf çətinliklərini erkən aşkarlamaq və erkən müdaxilə etmək üçün nəzərdə tutulub. İDİR (GMCD) Ankara Universitetində işlənib hazırlanıb, dünya ölkələrində standartizasiyadan keçib və Azərbaycanda istifadəsi üçün restandartizasiya tələb olunmur. İDİR monitorinq, dəstək və erkən müdaxilə komponentlərindən ibarətdir. İDİRi istifadə etmək üçün təlim proqramını keçib, sertifikat əldə etmək vacibdir. Təlim pediatrlar, uşaq nevroloqları, uşaq psixiatrları, psixoloqlar, loqopedlər və erkən yaşlı uşaqlarla işləyən digər mütəxəssislər üçün nəzərdə tutulur. Təlimdə iştirakçılara Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyi (İDİR) və istifadəçi sertifikatı təqdim olunacaq.
Proqram
12 İyun
09:00-09:30 Modul 1: Kursdan əvvəl qiymətləndirmə, tanışlıq və kursdan gözləntilər
09:30-10:15 Modul 2: Uşağın erkən inkişafı, inkişaf çətinliklərinin qarşısının alınmasının önəmi
10:15-10:30 Çay fasiləsi
10:30-11:15 Modul 3: İDİRin fəlsəfəsi, sübuta əsaslı beynəlxalq strukturu və istifadəsi
11:15-12:00 Modul 4: İDİR üsulu
12:00-12:30 Modul 5: İDİRin tətbiqi, kodlaması və şərh edilməsi
12:30-13:30 Nahar fasiləsi
13:30-13:45 Modul 6: İDİR yarışması
13:45-14:15 Modul 7: İDİRin tUşağın Erkən İnkişafını Dəstəkləmə Komponenti
14:15-14:45 Modul 8: İDİR ilə qiymətləndirmənin nəticələrinin ailəyə bildirilməsi, erkən müdaxiləyə hamar keçid
14:45-15:15 Modul 9. Videomateriallar ilə praktik məşğələ
15:15-15:30 Çay fasiləsi
15:30-16:00 Modul 10: Azərbaycanda xüsusi ehtiyacı olan uşaqların hüquqları və aldığı xidmətlər
16:00-16:30 Modul 11: Qrup çalışması-Erkən müdaxilənin tətbiqi və təqdimatlar
16:30-16:45 Modul 12: İDİR istifadəçilərinin çətinlikləri və çətinlikləri aradan qaldırmaq üçün planları
16:45-17:00 Modul 13: Kursun qiymətləndirilməsi və yekun
Təlimçilər:
Təranə Seyid-Məmmədova – Bakı Uşaq Bərpa Müalicə Mərkəzi, nevroloq
t.ü.f.d. Mətanət Qaraxanova – Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru, pediatr
Tarix: 12 İyun 2022-ci il
Tədbirin başlama tarixi: 12 İyun 2022-ci il
Saat: 09:00-17:00
Məkan:Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Xətai prospekti 3
Hədəf auditoriyası: pediatrlar, pediatrik nevroloqlar, fizioterapevtlər, ortopedlər, psixoloqlar
Ödənişlidir: 40AZN
Aparılan dil: azərbaycan
Yerlər məhduddur: 20 nəfər
Sertifikat: verilir
Qeydiyyatın son günü: 10 İyun 2022-ci il
Tədbirin materialı iştirakçılara veriləcək.
Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 419 nömrəli Qərarına əsasən, peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin peyvənd sertifikatı fevralın 15-dən etibarlı hesab edilməyəcək. Xahiş edirik, canlı tədbirdə iştirak zamanı bunu nəzərə alasınız.
Sertifikat verilməsi üçün, lütfən qeydiyyatdan keçərkən ad və soyadınızı, eləcə də emailinizi düzgün qeyd etməyiniz xahiş olunur.
Qeydiyyatdan keçərkən sizə avtomatik mail gələcək, bu iştirakınızı təsdiq etmir. İştirakınızın təsdiq edilməsi yalnız “İştirakınız Təsdiq Edildi” mailindən sonra baş verəcəkdir.
Qeydiyyat bitmişdir!