Hörmətli izləyicilərimiz!
Sizi Health and Science İnitiatives təşkilatçılıqı ilə keçirilən ARTERİAL HİPERTENZİYANIN MÜXTƏLİF KLİNİK VƏZİYYƏTLƏRDƏ İDARƏEDİLMƏSİ. MODUL 2 praktik təlimində iştirak etməyə dəvət edirik.
Proqram:
15.30-16.00 Qeydiyyat, kofe breyk
16.00-16.20 Amfetaminlər və kokainlə intoksikasiya.Preeklampsiya/Eklampsiya. Dr. Sahil Mirzəyev
16.20-17.00 Hipertenziv krizlərin idarə olunması. Dr. Sahil Mirzəyev
17.00-17.40 Erkən/Gec damar qocalması. Hipertenzion Ensefalopatiya və hipertenziya ilə əlaqədar digər nevroloji xəstəliklər. B.e.i. Dr. Mərziyyə Məmmədova
17.40-18.00 Müzakirə. Sual cavab.
Məruzəçilər:
B.e.i. Dr. Mərziyyə Məmmədova, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofizologiya kafedrasının assistenti
Dr. Sahil Mirzəyev, BP Şahdəniz lahiyəsində sənaye təbabəti həkimi
Tarix/Saat: 21 oktyabr 2023-cü il, 15:30-18:00
Məkan: Çıraq Plaza, 2ci mərtəbə , Böyük konfrans zalı, Tbilisi prospekti 49/C
Aidiyyatı olan ixtisaslar: nevroloq, kardioloq, terapevt, ailə həkimi, neyrocərrah, təcili tibbi yardım həkimi
Dil: Azərbaycan
Ödənişsiz
Sertifikat: verilir
Yerlər məhduddur: 60 yer
Qeydiyyatın son günü: 20 oktyabr 2023-cü il
Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir. Sertifikat tədbirdən sonra 1 ay ərzində onlayn şəkildə saytımızdaki şəxsi kabinetinizə yerləşdirilir. Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.