Hörmətli həmkarlar!
Sizi Centrum Pharma və Health and Science İnitiatives birgə təşkilatçılığı ilə “Vertebrogen dorsopatiyaları olan xəstələrdə karipazimin müasir istifadə texnologiyaları” adlı vebinara dəvət edirik.
Vebinarda əhatə olunan mövzular:
Vertebrogen dorsopatiyaların diaqnostikası
Vertebrogen dorsopatiyaların konservativ müalicəsi
Karipazimin fizioterapiyada istifadə mexanizmləri
Vertebrogen dorsopatiyaları olan xəstələrdə karipazimin tətbiqi
Tədbir virtual şəkildə keçiriləcəkdir.
Vebinarın başlama tarixi 02 aprel 2021-ci il
Saat: cümə, saat 20.00-21.00
Məruzəçi: Prof., t.e.d. Vladimir Vladimiroviç Şulakovskiy
O, S.Y. Vitte adına Moskva Universitetinin Yaşlanma Nevrologiyası kafedrasının professoru, Fənlərarası İnstitutun Nevrologiya kafedrasının professoru, “Milli Aktiv Yaşlanma Akademiyası” avtonom qeyri-kommersiya təşkilatının akademiki, yüksək kateqoriyalı nevroloq və fizioterapevt, tibb elmləri doktorudur.
Aidiyyatı olan ixtisaslar: nevroloq, neyrocərrah, reabilitoloq, fizioterapevt, vertebroloq, ailə həkimi, terapevt
Ödəniş: ÖDƏNİŞSİZDİR
Aparılan dil: Əsas dil Rus dili, Sual-Cavab –Azərbaycan, Rus
Sertifikat: verilir
Ətraflı məlumat üçün aşağıdakı əlaqə vasitələrindən istifadə edə bilərsiniz:
Website : www.hs-i.org
E-mail: info@hs-i.org
Whats’app: +99455 224 07 72