Hörmətli həmkarlar!
Sizi Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının təşkilatçılığı ilə 10 oktyabr 2026-cı il tarixində Bakı şəhərində əyani formatda keçiriləcək “Uşaqlarda Epilepsiya üzrə Klinik Protokolun Təqdimatına həsr olunmuş Konfrans”da iştirak etməyə dəvət edirik! Konfrans uşaqlarda epilepsiyanın diaqnostikası, təsnifatı, müalicəsi və uzunmüddətli idarə olunması üzrə hazırlanmış klinik protokolun təqdimatına həsr olunacaq. Konfransın məqsədi uşaqlarda epilepsiyanın diaqnostikası, təsnifatı, müalicəsi və uzunmüddətli idarə olunması üzrə hazırlanmış klinik protokolun təqdim edilməsi, səhiyyə mütəxəssislərinin protokolun tətbiqi ilə bağlı bilik və bacarıqlarının artırılması, eləcə də müasir sübutlara əsaslanan yanaşmaların klinik praktikaya inteqrasiyasının təşviq edilməsidir.
📚 Proqramda öyrənəcəksiniz:
Tədris formatı
Mühazirəçilər
Prof. Aytən Məmmədbəyli
Tibb elmləri doktoru, professor, Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının müdiri
Billurə Yusifova
Dos. Nailə Abasova, PhD
Ass. Sona Əliyeva, PhD
Azərbaycan Tibb Universitetinin Nevrologiya kafedrasının assistenti
Dr. Ülkər Mürsəlova
Dr. Leyla Rəhimova
Dr. Samira İsmayılova
Yaqut Hüseynli, PhD
Dr. Günel Ümid
KONFRANSIN PROQRAMI
08:30 – 09:00 — Qeydiyyat
09:00 – 09:10 — Rəsmi açılış
I SESSİYA — Epilepsiyanın diaqnostikası
Moderatorlar: PhD dos. Ramin Rzayev, PhD ass. Sevda Ələkbərova
09:10 – 09:30 — Uşaqlarda epilepsiya üzrə klinik protokolların tətbiqində ictimai səhiyyənin rolu — Billurə Yusifova
09:30 – 09:50 — Uşaqlarda epilepsiya üzrə klinik protokolun hazırlanmasının elmi əsasları — t.e.d., prof. Aytən Məmmədbəyli
09:50 – 10:10 — Epilepsiyanın etiologiyası və patogenezi — PhD dos. Nailə Abasova
10:10 – 10:30 — Epileptik tutmaların müasir təsnifatı — PhD ass. Sona Əliyeva
10:30 – 10:50 — Epilepsiyada genetik diaqnostika: NGS və müasir yanaşmalar — PhD ass. Mədinə Tağıyeva
10:50 – 11:10 — Epilepsiyanın EEG xüsusiyyətləri — Dr. Ülkər Mürsəlova
11:10 – 11:30 — Kofe fasiləsi
II SESSİYA — Yaşa görə epileptik sindromlar
Moderatorlar: PhD dos. Nailə Abasova, PhD dos. Mahirə Məmmədova
11:30 – 11:50 — Neonatal və infantil dövrlərin epileptik sindromları — Dr. Leyla Rəhimova
11:50 – 12:10 — Uşaqlıq dövrü epileptik sindromları — Dr. Samira İsmayılova
12:10 – 12:30 — İnkişaf və epileptik ensefalopatiyalar — Dr. Ülkər Mürsəlova
12:30 – 12:50 — Yeniyetməlik dövrünün epileptik sindromları — PhD ass. Sona Əliyeva
12:50 – 13:10 — Epilepsiyanı təqlid edən qeyri-epileptik paroksizmal vəziyyətlər — PhD ass. Mədinə Tağıyeva
13:10 – 13:30 — Klinik halların müzakirəsi (2 klinik hal) — t.e.d., prof. Aytən Məmmədbəyli
13:30 – 14:30 — Nahar fasiləsi
III SESSİYA — Epilepsiyanın müalicəsi
Moderatorlar: PhD dos. Şəhla Mehtiyeva, PhD dos. Fərid Məmmədbəyov
14:30 – 14:50 — Antiepileptik preparatların seçimi və fərdiləşdirilmiş müalicə prinsipləri — PhD Yaqut Hüseynli
14:50 – 15:10 — Epileptik statusun müasir müalicə protokolları — Dr. Ülkər Mürsəlova
15:10 – 15:30 — Dərmana davamlı epilepsiya: cərrahi müalicəyə göstərişlər və cərrahi üsullar — PhD ass. Sona Əliyeva
15:30 – 15:50 — Metabolik epilepsiya formalarının diaqnostikası və müalicə prinsipləri — PhD Yaqut Hüseynli
15:50 – 16:00 — Kofe fasiləsi
IV SESSİYA — Komorbidliklər və uzunmüddətli müşahidə
Moderatorlar: PhD dos. Rahim Əliyev, PhD dos. Şəhla Məlikova
16:00 – 16:20 — Epilepsiyalı uşaqlarda depressiya — PhD ass. Sona Əliyeva
16:20 – 16:40 — Epilepsiya və neyroinkişaf pozğunluqları — Dr. Günel Ümid
16:40 – 17:00 — Epilepsiya və autizm spektr pozğunluqları — Dr. Günel Ümid
17:00 – 17:10 — Yekun müzakirə və konfransın bağlanışı
Tədbir haqqında məlumat
Tarix: 10 oktyabr 2026-cı il
Saat: 08:30–17:10
Məkan: İctimai Səhiyyə və İslahatlar Mərkəzi \ H.Zərdabi 96, Bakı, Azərbaycan
Format: əyani
Tədbirin növü: elmi-praktik konfrans
Aparılan dil: Azərbaycan dili
Aidiyyəti olan ixtisaslar: Uşaq nevroloqları, nevroloqlar, pediatrlar, ailə həkimləri, neonatoloqlar, rezidentlər, tibb universitetlərinin müəllimləri və tələbələri, epilepsiya ilə məşğul olan digər səhiyyə mütəxəssisləri.
Planlaşdırılan iştirakçı sayı: 30–50 nəfər
DTT krediti: 8 DTT kredit balı
Sertifikat: verilir
İştirak haqqı: ödənişsizdir
Qeydiyyatın son günü: 09.10.2026, 15.00-dək
📌 Yerlər məhduddur.
Həkimlərin Davamlı Peşəkar İnkişafına dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.