Hörmətli izləyicilərimiz!
Sizi Milli Nevroloqlar Assosiasiyasının təşkilatçılığı, və Health and Science Initiatives və Health and Science Events təşkilati dəstəyi ilə 26–27 avqust 2026-cı il tarixlərində “İŞEMİK İNSULT / TİA ZAMANI MƏRHƏLƏLİ MÜALİCƏ METODLARI” mövzusunda əyani formatda keçiriləcək 2 günlük təlim proqramına dəvət edirik!
Kursun məqsədi
İşemik insult və tranzitor işemik atak zamanı pasiyentlərin ilkin qiymətləndirilməsi, diferensial diaqnostikası, müalicə taktikasının seçilməsi, ikincili profilaktika və uzunmüddətli klinik izlənmə prinsipləri üzrə nəzəri bilik və praktik qərarvermə bacarıqlarının inkişaf etdirilməsidir.
Təlim real klinik hallar, interaktiv müzakirələr və müasir beynəlxalq yanaşmalar əsasında keçiriləcək.
📚 Proqramda öyrənəcəksiniz:
Tədris formatı
Təlimçilər
Dr. Aybəniz Murtuzova, MD, Rigshospitalet Universitet Xəstəxanasının Beyin və Onurğa Beyni Zədələri Departamentinin rəhbəri, Avropa İnsult Magistri (European Stroke Master), İnsult və nevrologiya üzrə baş məsləhətçi, Kopenhagen, Danimarka
Dr. Mərziyyə Məmmədova Citomed Klinikasının nevroloqu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Bakı, Azərbaycan
Uzm. Dr. Mubariz Murtuzov Medera Hospital, Səudiyyə Ərəbistanı və Danimarka da ixtisaslaşmış beynəlxalq dərəcəli uzman həkim nevroloq, Azərbaycan Bakı, Azərbaycan
Təlim haqqında məlumat
Tarix: 26–27 avqust 2026-cı il / 2 gün
Saat: 09.00-18.00
Məkan: Citomed Klinikası, Möhsün Sənani küçəsi 106, Bakı şəhəri
Aidiyyatı olan ixtisaslar: Nevroloqlar, terapevtlər, ailə həkimləri, anestezioloq-reanimatoloqlar, təcili tibbi yardım və qəbul şöbəsi həkimləri, kardioloqlar, radioloqlar, həkim-rezidentlər və digər müvafiq ixtisaslar üzrə çalışan tibb mütəxəssisləri, tibb tələbələr və orta tibb işçiləri (tibb qardaşları və bacıları)
Ödənişlidir: 250AZN
Aparılan dil: Azərbaycan dili
DTT krediti: DTT krediti nəzərdə tutulub
Sertifikat: verilir
Yerlər məhduddur: canlı 60 nəfər
Qeydiyyatın son günü: 25 avqust 2026, 18.00-dək
📌 Yerlər məhduddur.
Həkimlərin Davamlı Peşəkar İnkişafına dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.