Sizi Health and Science İnitiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun və Health and Science Events şirkətinin birgə təşkilatçılığı ilə və Citomed Klinikasının təşkilati dəstəyi ilə 10 yanvar 2026-ci il tarixində «HEMORRAGIK İNSULT: ETIOLOGIYADAN KLINIK QƏRARVERMƏYƏDƏK» mövzusunda əyani formatda elmi-praktiki təlimdə və master-klassda iştirak etməyə dəvət edirik.
Moderator/Təlimçi Dr. Mərziyyə Məmmədova / Citomed Klinikasının nevroloqu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Azərbaycan
Təlimçi Aybəniz Murtuzova, MD, Avropa İnsult Magistri (European Stroke Master), İnsult və nevrologiya üzrə baş məsləhətçi, Danimarka
Təlimçi Uzm. Dr. Mubariz Murtuzov Medera Hospital, Səudiyyə Ərəbistanı və Danimarka da ixtisaslaşmış beynəlxalq dərəcəli uzman həkim nevroloq, Azərbaycan
Proqram
Hemorragik İnsult: Etiologiyadan Klinik Qərarverməyədək
09:00 – 09:30 Qeydiyyat
09:30 – 09:40 Açılış və tədbirin məqsədləri. Moderator Mərziyyə Məmmədova, Aybəniz Murtuzova
09:40 – 10:20 Hemorragik insultun etiologiyası. Aybəniz Murtuzova
10:20 – 11:00 Serebral mikroangiopatiyalar və mikrohemorragiyalar. Mərziyyə Məmmədova
11:00 – 11:20 Kofe/çay fasiləsi
11:20 – 12:00 Hemorragik insultda neyrovizualizasiya (CT/MRT, GRE/SWI) Aybəniz Murtuzova
12:00 – 12:10 Müzakirə/Sual Cavab
12:10 – 12:40 Makrohemorragiyanın kəskin müalicəsi. Mubariz Murtuzov
12:40 – 12:50 Müzakirə/Sual Cavab
12:50 – 13:30 Nahar fasiləsi
13:30 – 14:10 Serebral mikroangiopatiyada müalicə strategiyaları. Mərziyyə Məmmədova
14:10 – 14:20 Müzakirə/Sual Cavab
14:20 – 14:50 Yatrogen serebral amiloid angiopatiya. Aybəniz Murtuzova
14:50 – 15:00 Müzakirə/Sual Cavab
15:00 – 15:50 Klinik kviz və halların müzakirəsi
15:50 – 16:00 Bağlanış
Tarix/Saat: 10 yanvar 2026-ci il, 9.00-16.00
Məkan: Citomed Klinikası, Bakı şəhəri, Azərbaycan, Möhsün Sənani küçəsi 104A
Hədəf qrupu: təcili yardım həkimləri, nevroloqlar, kardioloqlar, neyrocərrahlar, radioloqlar, anestezioloq-reanimatoloqlar
İştirakçı sayı: məhduddur, 40 nəfər
Ödənişli-100AZN
Aparılan dil: Azərbaycan dili
Sertifikat: sertifikatı verilir