Hörmətli izləyicilərimiz!
Sizi Azərbaycan Psixiatriya Assosiasiyası, Hippokrat Tibb Mərkəzi, Health and Science İnitiatives Health and Science Events birgə təşkilatçılıqı ilə 21-22 oktyabr 2024-cü il tarixində « Psixonevroloji sağlamlıq və psixoneyrokoqnitiv reabilitasiyaya dair yeni yanaşmalar» mövzusunda əyani formatda elmi-praktiki konfrans və təlimdə iştirak etməyə dəvət edirik. Tədbirin məqsədi böyük və uşaqlarda psixonevroloji xəstəliklərin psixokoqnitiv və fiziki bərpasında beynəlxalq təcrübənin, yeni yanaşmaların və meyarların, multidistiplinar yanaşmanın öyrədilməsi, bu sahədə çalışan müxtəlif ixtisaslı həkimlərin, fizioterapistlərin, psixoloqların peşəkar bacarıqlarının artırılmasıdır. Seminarda yerli və xarici ekspertlərin, eləcə də 80-yə yaxın müxtəlif ixtisaslı həkimlər – psixiatrlar, uşaq psixiatrları, pediatrlar, pediatrik nevroloqlar, nevroloqlar,fizioterapevtlər, fizioterapistlər, travmatoloqlar, ortopedlər, terapevtlər, psixoloqların iştiraki və Səhiyyə Nazirliyi tərəfindən davamlı tibbi təhsil fəaliyyəti kimi akkreditasiya olunması nəzərdə tutulmuşdur.
21. OKTYABR/ Gün 1
09.00-10.00 Qeydiyyat
10.00-10.10 Açılış. Sumqayıtın 75 illiyi münasibətilə təbrik nitqi. Sumqayıt Şəhər İcra Hakimiyyətinin müavini Ülviyyə Müzəffərova
10.10-10.15 Beynəlxalq psixi sağlamlıq günü. Prof. Dr. Nadir Ismayilov
10.15-10.20 Senior Experten Service haqqında məlumat. Şəfiqə Hacıəhmədova
10.20-11.00 Ağrı menecmenti. B.e.i., Dr. Mərziyyə Məmmədova
11.00-11.10 Bel ağrısının reabilitasiyası. Pasient nümayişi. Phst. Monika Anqler
11.10-11.40 Demensiya. Psixo-koqnitiv qiymətləndirmə. B.e.i., Dr. Mərziyyə Məmmədova
11.40-12.10 Demensiya: Fiziki və psixo-koqnitiv reabilitasiya. Phst. Monika Anqler
12.10-12.30 Kofe breyk
12.30-13.15 İnsultda psixo-koqnitiv reabilitasiya və motorikanın bərpası (Bobath və Güzgü terapiyası). İnsult keçirmiş pasientin nümayişi. Phst. Monika Anqler
13.15-14.00 Virtual reallıq ilə psixokoqnitiv və fiziki korreksiya. MSc. Aydan Xasməmmədzadə
14.00-14.50 Nahar fasiləsi
14.50-15.40 Skolioz və onun fiziki müalicəsi. Dr. Aytən Musayeva
15.40-16.30 Hərəkət pozuntularında fiziki və psixokoqnitiv reabilitasiya (LSVT Big Therapy). Parkinson xəstəliyi olan pasientin nümayişi. Phst. Monika Anqler
16.30-16.40 Reabilitasiyada Neyrotech tətbiqi. T.ü.f.d. Dr. Leyla Tağızadə
16.40-17.30 Vertigo və vestibulyar reabilitasiya. B.e.i., Dr. Mərziyyə Məmmədova
22. OKTYABR / Gün 2
09.00-10.00 Qeydiyyat
10.00-10.15 Neyrofeedback terapiyası.T.ü.f.d. Dr. Leyla Tağızadə
10.15-11.15 Kinezioterapiyanın əsasları və onun tətbiqi. Phst. Cavid Mirzəyev
Tarix: 21-22 oktyabr 2024-cü il
Məkan: Sumqayit Dövlət Dram Teatrı, Sumqayıt şəhəri, Azərbaycan
Hədəf qrupu:psixiatrlar, uşaq psixiatrları, pediatr, pediatrik nevroloq, nevroloq, fizioterapevt, fizioterapist, travmatoloq, ortoped, terapevt həkimlər və psixoloqlar
İştirakçı sayı: 80 nəfər
Ödəniş: Ödənişli, 120AZN
Aparılan dil: Əsas dil – Azərbaycan dili, İngilis dili (tərcümə olacaq)
Sertifikat: Beynəlxalq dərəcəli alman sertifikatı verilir
DTT krediti: 26 DDT kredit balı
Qeydiyyatın son günü: 19 oktyabr 2024-cü il
Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.