Almaniyada Tibb bacısı/qardaşı və Feldşer peşələrinin tanınması

Almaniyada tibb bacısı/qardaşı və ya feldşer kimi işləmək üçün Azərbaycan Respublikasında bu peşələrlə bağlı əldə edilən sənədlərin rəsmi tanınması vacibdir. Bu prosesin uğurla tamamlanması üçün müəyyən tələblər və prosedurlar mövcuddur. Oktyabrın 2-də və 3-də Bakı şəhərində keçirəcəyimiz tədbirdə Almaniyada tibb bacısı/qardaşı və feldşer olaraq işləmək üçün lazım olan addımlar və sənədləşmə prosesləri haqqında iştirakçılara ətraflı məlumat veriləcək. Tədbirdə Almaniyanın "Gemeinnützige Gesellschaft der Franziskanerinnen zu Olpe mbH (GFO)" adlı böyük bir Birliyinin əməkdaşları Almaniyada tibb bacısı/qardaşı və feldşer peşələrinin fəaliyyətini təqdim edəcək və iştirakçıların suallarını cavablandıracaq.
Belə ki, Almaniyada qısa zamanda tibb bacısı/qardaşı və ya feldşer olaraq işləmək istəyənlərə ciddi dəstək göstəriləcək və onların tez bir zamanda Almaniyaya gəlməsi və maaşla işlə təmin olunması təşkil ediləcək.
Məlumat üçün bildirim ki, GFO Almaniyada sosial və səhiyyə sahəsində 100-dən çox böyük müəssisəni özündə birləşdirən və eləcə də 18 mindən çox fəal əməkdaşa sahib olan ən böyük qeyri-kommersiya birliklərindən biridir. GFO eyni zamanda Şimali Reyn-Vestfaliyada Almaniya üçün çox önəm daşıyan bir neçə bölgədə tibbi xidmətin yüksək səviyyədə təşkilini təmin edir.
Əminəm ki, bu tədbir Almaniyada tibb bacısı/qardaşı və ya feldşer olaraq işləmək istəyənlər üçün ideal bir fürsət olacaq.


Hörmətlə, Dr. Nuran Abdullayev

Tarix: 2-3 oktyabr 2024, saat

Məkan: Badamdar otel

Ünvan: Mikayil Mushvig 1C, Bakı, Azərbaycan