Elmi araşdırmaların aparılması üzrə təlim+SPSS

Hörmətli və dəyərli izləyicilərimiz!

Sizi Health and Science İnitiatives nəzdində yaranmış Elmi Araşdırmalara Dəstək Mərkəzimiz tərəfindən təşkil olunmuş “Elmi araşdırmaların aparılması üzrə təlim+SPSSdə iştirak etməyə dəvət edirik.

Təlim 4 həftə ərzində davam edəcəkdir və aşağıdakı mövzuları əhatə edəcəkdir:

  • Elmi işin aparılmasına dair müasir tələblər
  • Elmi işinin əsas mərhələləri: a)qipotezanın formallaşdırılmasının prinsipləri, b)etik
  • komitənin razılığı, c)məlumatlandırılmış razılığının alınması, d)işdə istifadə olunan ölçü metodları
  • Xəstəliyin yayılma dərəcəsinin qiymətləndirilməsi
  • Xəstəliyə təsir göstərən risk faktorların analizı
  • Seçim qruppası, keyfiyyət və kəmiyyət tipli dəyişkənlər və onların statistik analizı. SPSS-də praktiki iş
  • Araşdırmanın dizaynı: kross-seksion, keys-kontrol, kohort tipli tədqiqatlar, kliniki randomizə olunmuş araşdırmalar və meta-analiz
  • Elmi araşdırmanın aparılma mərhələsində əsas buraxılan səhvlər və onların korreksiyası
  • Korrelasion analiz və səbəb-nəticə əlaqəsi. SPSS-də praktiki iş
  • Pubmed-də elmi məqalələrin axtarış qaydaları və prinsipləri

Təlim Elmi Araşdırmalara Dəstək Mərkəzi-nin təlimçisi tərəfindən aparılacaqdır.

Tədbir CANLI  şəkildə keçiriləcəkdir.

  • Təlimin başlama tarixi 02 fevral 2024-ci il
  • Tarix/Saat: 02.02.2024-28.02.2024,  I, III, V günlər, saat 16.00-18.00,  12 dərs olacaq
  • r həftə olacaq dərslər.
  • Yer: ASK Plaza, Regus 5 ci mərtəbə, Meeting Room
  • Müəllif, məruzəçi : Aydan Xasməmmədzadə, Mərziyyə Məmmədova
  • Aidiyyatı olan ixtisaslar: Bütün sahələrdə elmi araşdırma aparan və aparmaq arzusunda olan hər bir ixtisas
  • Ödəniş: Tələbələr üçün ödəniş 200 AZN (tələbə bileti təsdiq edici sənəd təqdim edilməlidir), digərləri üçün 250AZN
  • Aparılan dil: Əsas dil Azərbaycan dili, Sual-Cavab –Azərbaycan, Rus
  • Sertifikat: verilir 
  • Qeydiyyatın son günü:  31.01.2024