Hörmətli izləyicilərimiz!
Sizi Health and Science İnitiatives təşkilatçılıqı ilə keçirilən ARTERİAL HİPERTENZİYANIN MÜXTƏLİF KLİNİK VƏZİYYƏTLƏRDƏ İDARƏEDİLMƏSİ. MODUL 1 praktik təlimində iştirak etməyə dəvət edirik.
Proqram:
15.30-16.00 Qeydiyyat, kofe breyk
16.00-16.20 Arterial hipertenziyada təcili və təxirəsalınmaz hallar zamanı klinik təlimatların icmalı. Dr. Sahil Mirzəyev
16.20-16.40 Simpatik Kritik Kəskin Ağciyər Ödemi, Kəskin Koronar Sindrom, Aorta disseksiyası. Dr. Sahil Mirzəyev
16.40-17.00 İşemik və Hemorragik İnsult. İdarəetmə. B.e.i. Dr. Mərziyyə Məmmədova
17.00-18.00 İnsultların cərrahi idarəedilməsi: diaqnostika, müalicəyə göstərişlər, əməliyyat növləri. Dr. Zaur Ramixanov
Məruzəçilər:
B.e.i. Dr. Mərziyyə Məmmədova, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya və klinik neyrofizologiya kafedrasının assistenti
Dr. Sahil Mirzəyev, BP Şahdəniz lahiyəsində sənaye təbabəti həkimi
Dr. Zaur Ramixanov, İstanbul Ns klinikası, İstanbul Medicana Neyromodulyasiya mərkəzi, neyrocərrah
Tarix/Saat: 25 sentyabr 2023-cü il, 16:00-18:00
Məkan: Hyatt Regency Baku, Şuşa zalı, İzmir küçəsi 6
Aidiyyatı olan ixtisaslar: nevroloq, kardioloq, terapevt, ailə həkimi, neyrocərrah, təcili tibbi yardım həkimi
Dil: Azərbaycan
Ödənişsiz
Sertifikat: verilir
Yerlər məhduddur: Qeydiyyat bitmişdir!
Qeydiyyatın son günü: 21 sentyabr 2023-cü il
Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir. Sertifikat tədbirdən sonra 1 ay ərzində onlayn şəkildə saytımızdaki şəxsi kabinetinizə yerləşdirilir. Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.