5. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ

Hörmətli həmkarlar!

          Sizi 8-11 iyun 2023-cü il tarixlərində Türk Dünyası MS Araştırmalarını Destekleme Derneyi, Milli Nevroloqlar Assosiasiyası  və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının birgə təşkilatçılıqı və Health and Science İnitiatives-in dəstəyi ilə keçirilən “5. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ”-ində  iştirak etməyə dəvət edirik.

          Türk və Türkdilli dövlətlərdə dağınıq skleroz sahəsində çalışan həmkarlarımız arasında bilik mübadiləsi və araşdırmalarla əməkdaşlığımızı gücləndirmək məqsədilə 2019-cu ildə ilk dəfə Ankarada keçirilən Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi yüksək qiymətləndirilmişdir. Göstərilən marağa görə ənənəvi olaraq növbəti illərdə hər il bir ölkədə keçirilməsi qərara alınmışdır. 8-11 iyun 2023-cü il tarixlərində Azərbaycanda, Bakıda keçiriləcək, iştirakçıların sayı ildən-ilə artır.

          “5. BEYNƏLXALQ TÜRK DÜNYASI DAĞINIQ SKLEROZ KONQRESİ” Türk Dünyası MS Araştırmalarını Destekleme Derneyi, Milli Nevroloqlar Assosiasiyası  və Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının birgə təşkilatçılıqı və Health and Science İnitiatives -in dəstəyi ilə Bakıda keçiriləcək. Konqresdə klinika, diaqnoz və müalicə üsulları müzakirə olunacaq.

Konqresimizdə mütəxəssis məruzəçilərin iştirakı ilə dağınıq skleroz, NMO, MOQ ilə əlaqəli xəstəliklərin mövcud diaqnostikası, müalicəsi və bu sahədə mövcud inkişaflar müzakirə ediləcək.

          Şifahi və poster təqdimatlarında türkdilli dövlətlərdə görülən işlər təqdim olunacaq, görülən işlərlə türkdilli ölkələr arasında qüvvələr birliyinin yaradılması ilə birgə iş planları hazırlanacaq.

          Konqres zamanı fasilələrdə türkdilli ölkələrin sosial tədbirləri də olacaq.

          Bütün türkdilli ölkələrdə çalışan nevrologiya üzrə mütəxəssis və assistentlərimizin əvvəlki illərdə olduğu kimi bu il də qurultayda geniş iştirakını gözləyirik.

         Ümid edirik ki, 8-11 iyun 2023-cü il tarixlərində Bakıda keçirilən Beynəlxalq Türk Dünyası Dağınıq Skleroz Konqresi həm ölkəmizdə, həm də Türk Dünyasında nevroloqlara mühüm töhfələr verəcək.

Tarix və saat: 
8 iyun 19:30 
9-11 iyun 09:00-20:00 

DTT kredit balı: 17 

Məkan: Hilton Baku, Azadlıq prospekti 1B, Bakı 1000

Hədəf auditoriyası: nevroloq, pediatr, pediatrik nevroloq,radioloq, neyrocərrah, infeksionist, immunoloq

İştirak haqqı:


* İştirak haqqına Qala şam yeməyi daxildir.

Dil: Türk, Rus
Sertifikat: Verilir
Yerlər bitmişdir.

Son qeydiyyat günü: 01.06.2023

Ətraflı:



 

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.