NEVROLOGİYA ŞƏNBƏ SEMİNARLARI. EPİSODE IV. MRT NEVROLOQUN PRAKTİKASINDA: NORMA VƏ PATOLOGİYA

Hörmətli və dəyərli izləyicilərimiz!

Sizi 8 aprel  2023-cü il tarixində Prof. Rövşən Həsənovun Nevrologiya Klinikası və Health and Science Initiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun birgə təşkilatçılıqı  ilə keçirilən NEVROLOGİYA ŞƏNBƏ SEMİNARLARI. EPİSODE IV. MRT nevroloqun praktikasında: norma və patologiya seminarında iştirak etməyə dəvət edirik.

 

Proqram:

14:00-15:00 Qeydiyyat

15:00-15:10 Giriş sözü və lektorların təqdim edilməsi. Prof. Rövşən Həsənov

15:10-16:10 MRT metodunun fiziki əsasları, istifadə olunan rejimlərin diaqnostik imkanları, baş və onurğa beynin normal MRT topoqrafiyası. Dr. Aydın Mirzəyev

16:10-16:55 Baş beyin bəzi degenerativ xəstəliklərinin MRT xüsusiyyətləri. Dr. Nurlana Ağayeva

16:55-17:20 Çay fasiləsi

17:20-18:20 Baş beyin ağ maddə xəstəlikləri. Dr. Aydın Mirzəyev

18:20-19:05 Radiologiyada təbiət eponimləri. Dr. İlahə Əzizova

19:05-19:50 İnsultların MRT diaqnostikası. Prof. Rövşən Həsənov

19:50-20:00 Sual-cavab, foto çəkiliş

 

Məruzəçilər:

Prof. Rövşən Həsənov – nevroloq, tibb elmləri doktoru, ADHTİ-nin nevrologiya və klinik neyrofiziologiya kafedrasının professoru,  R. Həsənovun Nevrologiya Klinikasının rəhbəri

Dr. Nurlana Ağayeva – nevroloq,  R. Həsənovun Nevrologiya Klinikasının nevroloqu

Dr. İlahə Əzizova – nevroloq,  R. Həsənovun Nevrologiya Klinikasının nevroloqu

Dr. Aydın Mirzəyev – radioloq,  Diaqnoz Tibb Mərkəzi

 

 

Tarix: 8 aprel  2023-cü il

Saat: 14:00-20:00

Məkan:  Hyatt Regency Baku

Hədəf auditoriyası: nevroloq, radioloq

Dil: Azərbaycan

Sertifikat: Verilir

Ödəniş: 70 AZN

HSİ Professional Klubun üzvləri üçün endirimli qiymət -  50 AZN

Yerlər məhduddur: 70 iştirakçı

Qeydiyyatın son günü: 04.04.2023

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.