NEVROLOGİYADA KƏSKİN VƏZİYYƏTLƏR: MODUL 3. KƏSKİN HƏRƏKƏT POZUNTULARI VƏ MODUL 4. KƏSKİN KOQNİTİV POZUNTULARI

Hörmətli və dəyərli izləyicilərimiz!

Sizi “Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti” İctimai Birliyi, İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki bazası olan Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Health and Science İnitiatives şirkətinin təşkilati dəstəyi ilə 28-29 aprel 2023-cü il tarixində Nevrologiyada Kəskin Vəziyyətlər: Modul 3. Kəskin hərəkət pozuntuları və Modul 4. Kəskin koqnitiv pozuntuları mövzusunda əyani formatda təlimə dəvət edirik!
 

PROQRAM
MODUL 3. Kəskin hərəkət pozuntuları
28 aprel 2023-cü il
Təlimçilər:
Dr. Mərziyyə Məmmədova
Dr. Nərminə Əzizova


08:30-09:00 Qeydiyyat
09:00-09:10 Giriş
09:10-10:40 Xəstəxana öncəsi mərhələ
10:40-11:00 Coffee break
11:00-12:30 Xəstəxanadaxili mərhələ
12:30-14:00 Sual-cavab. Müzakirə. Təlimin qiymətləndirilməsi.


MODUL 4. Kəskin koqnitiv pozuntuları
29 aprel 2023-cü il
Təlimçi:
Dr. Mərziyyə Məmmədova


09:00-10:30 Xəstəxana öncəsi mərhələ
10:30-11:00 Coffee break
11:00-12:30 Xəstəxanadaxili mərhələ
12:30-14:00 Sual-cavab. Müzakirə. Təlimin qiymətləndirilməsi

Təlimçilər:
Dr. Mərziyyə Məmmədova – Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, nevroloq, neyrofizioloq
Dr. Nərminə Əzizova – Milli Onkologiya Mərkəzi, Reanimasiya şöbəsinin həkim-reanimatoloqu, Bakı Sağlamlıq Mərkəzinin həkim metodisti

 

Tarix: 28-29 aprel 2023-cü il

Saat: 09:00-14:00

Məkan:  Bakı Sağlamlıq Mərkəzi,İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Tədris və Simulyasiya Mərkəzi

Hədəf auditoriyası: nevroloq, reanimatoloq, terapevt, təcili tibbi yardım həkimləri, kardioloq

Dil: Azərbaycan

Sertifikat: Verilir

DTT krediti: 8 DTT krediti

Ödəniş: 200 AZN 160 AZN

Yerlər məhduddur: 20 iştirakçı

Qeydiyyatın son günü: 25.04.2023

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.Davamlı Tibbi Təhsili kredit balları təşkilatçı tərəfindən 1 ay ərzində davamlı tibbi təhsil kabinetinizə yüklənək.