Hörmətli və dəyərli izləyicilərimiz!
Sizi “Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti” İctimai Birliyi, İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının kliniki bazası olan Bakı Sağlamlıq Mərkəzinin təşkilatçılığı, Health and Science İnitiatives şirkətinin təşkilati dəstəyi ilə 30-31 mart 2023-ci il tarixlərində Nevrologiyada Kəskin Vəziyyətlər: Modul 1. Huşsuz pasiyent və Modul 2. Sinkopal vəziyyətlər mövzusunda əyani formatda təlimə dəvət edirik!
PROQRAM
MODUL 1. Huşsuz pasiyent
30 mart 2023-cü il
Təlimçilər:
Dr. Sahil Mirzəyev
Dr. Nərminə Əzizova
08:30-09:00 Qeydiyyat
09:00-09:10 Giriş
09:00-10:30 Xəstəxana öncəsi mərhələ
10:30-11:00 Coffee break
11:00-12:30 Xəstəxanadaxili mərhələ
12:30-14:00 Sual-cavab. Müzakirə. Təlimin qiymətləndirilməsi.
MODUL 2. Sinkopal vəziyyətlər
31 mart 2023-cü il
Təlimçilər:
Dr. Sahil Mirzəyev
09:00-10:30 Xəstəxana öncəsi mərhələ
10:30-11:00 Coffee break
11:00-12:30 Xəstəxanadaxili mərhələ
12:30-14:00 Sual-cavab. Müzakirə. Təlimin qiymətləndirilməsi.
Təlimçilər:
Dr. Nərminə Əzizova – Milli Onkologiya Mərkəzi, Reanimasiya şöbəsinin həkim-reanimatoloqu, Bakı Sağlamlıq Mərkəzinin həkim metodisti
Dr. Sahil Mirzəyev, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, terapevt, BP Şahdəniz lahiyəsində sənaye təbabəti həkimi
Tarix: 30-31 mart 2023-cü il
Saat: 09:00-14:00
Məkan: Bakı Sağlamlıq Mərkəzi,İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı, Tədris və Simulyasiya Mərkəzi
Hədəf auditoriyası: nevroloq, reanimatoloq, terapevt, təcili tibbi yardım həkimləri, kardioloq
Dil: Azərbaycan
Sertifikat: Verilir
DTT krediti: 6 DTT krediti
Ödəniş: Novruz bayramı münasibəti ilə 150 AZN
Yerlər məhduddur: 20 iştirakçı
Qeydiyyatın son günü: 27.03.2023
Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.Davamlı Tibbi Təhsili kredit balları təşkilatçı tərəfindən 1 ay ərzində davamlı tibbi təhsil kabinetinizə yüklənək.