Hörmətli izləyicilərimiz!
Sizi Health and Science Initiatives nəzdində yaranmış Elmi Araşdırmalara Dəstək Mərkəzi və Almaniyanın Pharma Akademie şirkəti tərəfindən birgə təşkil olunmuş “Good Clinical Practice (GCP) – Etibarlı Klinik Təcrübə” təlimində iştirak etməyə dəvət edirik.
İki gün davam edəcək olan təlim hər biri təqribən 1,5 saat davam edən 8 Moduldan ibarətdir:
Təlim Elmi Araşdırmalara Dəstək Mərkəzi-nin təlimçiləri Dr. Jalə Əhmədova /PhD – həkim-laborant, Tibb Üzrə Fəlsəfə Doktoru, Klinik Tədqiqatlar üzrə Mütəxəssis, Mannheim şəhəri, Almaniya/ və Dr. Elşən Ağayev, MD / qulaq-burun-boğaz həkimi, allerqoloq, Klinik Tədqiqatlar üzrə Mütəxəssis, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin sədr müavini, Hamburq şəhəri, Almaniya/ tərəfindən aparılacaqdır.
Tədbir HİBRİD formatda keçiriləcəkdir.