Hörmətli izləyicilərimiz!
Sizi Health and Science İnitiatives və Health and Science Events birgə təşkilatçılığı və Citomed Klinikasının təşkilati dəstəyi ilə 13 fevral 2026-cı il tarixində «NEYROİLTİHAB. MODUL II» mövzusunda əyani formatda elmi-praktiki seminarda iştirak etməyə dəvət edirik.
Moderator/Məruzəçi Dr. Emil Hidayətli/Nutrisioloq-dietoloq, SCOPE sertifikatlı Piylənmənin müalicə üzrə mütəxəssis, Citomed Klinikası
Moderator/Məruzəçi Dr. Mərziyyə Məmmədova / Citomed Klinikasının nevroloqu, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
Məruzəçi Dr. Gülsüm Hüseynova/Pediatr, SCOPE sertifikatlı piylənmənin idarə ediməsi üzrə mütəxəssis, Diyetoloq, Preventiv Tibb həkimi, Citomed Klinikası
Məruzəçi Dr. Nərmin Novruzova/Qastroenteroloq, SCOPE sertifikatlı Piylənmənin müalicə üzrə mütəxəssis, DNT Diyetoloq, Citomed Klinikası
Məruzəçi Dr Kamilə Nuriyeva/həkim -pediatr, uşaq inkişaf mütəxəssisi, funksional tibb həkimi, Citomed Klinikası
Proqram
16:00–16:30 | Kofe fasiləsi və qeydiyyat (sponsor sərgisi)
16:30–16:35 | Açılış. Dr. Mərziyyə Məmmədova
16:35–17:05 |Metabolik Fenotip kimi Neyroiltihab: Mitoxondriya, Qlükoza, Lipidlər və Beyin. Dr. Emil Hidayətli
17:05–17:25 |Neyroiltihabın Görünməyən Tərəfi: Bağırsaq–Beyin–Mikrobiota Oxu. Dr. Nərmin Novruzova
17:25–17:45 |Autizm və Neyroiltihab. Dr. Gülsüm Hüseynova
17:45–18:05 |Neyroiltihab və neyroinkişaf. Dr. Kamila Abdullayeva
18:05–18:50 Neyroiltihab və Erkən Beyin Qocalması: Monitorinq, Biomarkerlər və Profilaktika. Zəiflik, Ağrı və Koqnitiv Dumanın İmmuno-Nevrologiyası. Dr. Mərziyyə Məmmədova
18:50–19:00 Sual-cavab
19:00–20:00 Healthy Dinner (sponsor bloku, networking)
Tarix: 13 fevral 2026-ci il
Məkan: Otel, Bakı şəhəri, Azərbaycan
Hədəf qrupu: ailə təbabəti həkimləri, nevroloqlar, terapevtlər, endokrinoloqlar, kardioloqlar, hepatoloqlar, diyetoloqlar
İştirakçı sayı: 100 nəfər
Ödənişli-60AZN/Dəvətnamə ilə
Aparılan dil: Azərbaycan dili
Sertifikat: sertifikatı verilir
Həkimlərin Davamlı Peşəkar İnkişafına dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.