TİBBİ TƏDQİQATA NECƏ BAŞLAMAQ VƏ ONU NECƏ APARMAQ OLAR: İDEYADAN DƏRCƏ VƏ NƏZARƏTƏ QƏDƏR

Hörmətli izləyicilərimiz!

Sizi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Health and Science İnitiatives və Health and Science Events birgə təşkilatçılığı ilə 14 aprel 2025-ci il tarixində «TİBBİ TƏDQİQATA NECƏ BAŞLAMAQ VƏ ONU NECƏ APARMAQ OLAR: İDEYADAN DƏRCƏ VƏ NƏZARƏTƏ QƏDƏR» mövzusunda əyani formatda elmi-praktiki konfransda iştirak etməyə dəvət edirik. Tədbirin məqsədi tibb universitetlərinin pedaqoji heyəti, elmi-tədqiqat institutlarının əməkdaşları və klinik tədqiqatçılara tibbi tədqiqatların ideya mərhələsindən başlayaraq tədqiqat sualının formalaşdırılması, metodologiyanın müəyyənləşdirilməsi, etik prinsiplərin tətbiqi, məlumatların toplanması və analizi, elmi məqalələrin hazırlanması və nəşrinə qədər olan bütün mərhələlər haqqında praktiki bilik və bacarıqlar qazandırmaqdır. Tədbir həmçinin kliniki tədqiqatların beynəlxalq standartlara uyğun aparılmasını təmin etmək məqsədilə Good Clinical Practice (GCP) qaydalarını, farmakonəzarət prinsiplərini və Contract Research Organisation (CRO) ilə əməkdaşlıq imkanlarını geniş şəkildə əhatə edir. Təlim prosesində iştirakçıların interaktiv iştirakını təmin etmək üçün rəqəmsal platformalar və müasir analiz proqramları ilə tanışlıq nəzərdə tutulur.

Moderator Prof. Eldar Qarayev, Azərbaycan Tibb Universitetinin Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri
Moderator Prof. Rauf Bəylərov -ATU-nun I Uşaq xəstəlikləri kafedrasının müdiri, professor, t.e.d. Azərbaycan Respublikasının əməkdar həkimi

Moderator Dos. Orxan İsayev, PhD,  ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru

Moderator/Məruzəçi Elmar Babayev/PhD, Kliniki əczaçı, Toksikologiya və biokimya üzrə mütəxəssis, İngiltərə Kral əczaçılar birliyinin üzvü, RPS of GB, pharmclub Azərbaycan əczaçılar ictimai birliyinin idarə heyətinin üzvü

Məruzəçi Dr. Mərziyyə Məmmədova / nevroloq, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu (ETTBİ), Kliniki-neyrofizioloji laboratoriyası, böyük elmi işçi, Yerli Etik Komitənin katibi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, Health and Science Initiatives MMC direktoru

Məruzəçi Dr. Jalə Ağayeva/PhD, Klinik Tədqiqatlar və Good Clinical Practice (GCP) üzrə mütəxəssis, Drug Safety Medical Expert / Almaniya

Məruzəçi Dr. Elşən Ağayev/MD - qulaq-burun-boğaz həkimi, allerqoloq, Klinik Tədqiqatlar üzrə Mütəxəssis, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin (AMD) sədr müavini, Almaniya

Məruzəçi Fərid Həsənov SN Analitik Ekspertiza Mərkəzi, Farmakonəzarət  şöbəsinin müdiri

 

Proqram

10:00 – 10:10 | Açılış çıxışı/ Dos. Orxan İsayev, PhD, Prof. Eldar Qarayev 

  • Seminarın məqsədi və strukturu
  • Təlimçilərin təqdimatı
  • İnteraktiv iştirak və rəy toplanması üçün allinus.az platformasının istifadəsi

10:10 – 11:00 | Blok 1: Tibbi tədqiqat nədən başlayır, planlaşdırılması, məlumatların toplanması, işlənməsi və təhlili/ Məruzəçi Dr. Mərziyyə Məmmədova

  • Elmi ideyanın və aktuallığın müəyyənləşdirilməsi
  • Tədqiqat sualının formalaşdırılması (PICO modeli)
  • Yeniliyin yoxlanılması: PubMed, Scopus və digər bazalar
  • Məlumatların toplanması planının qurulması
  • İstifadə olunan platformalar: allinus.az, REDCap, Google Forms
  • SPSS və R proqramları ilə tanışlıq
  • Təhlil zamanı tez-tez rast gəlinən səhvlər. Praktiki nümunələr

11:00 – 11:30 |  Blok 2: Good Clinical Practice (GCP) əsasları/ Məruzəçi Dr. Jalə Ağayeva/PhD 

  • Etik prinsiplər, məlumatlı razılıq, sənədləşmə
  • Tədqiqatçının rolu və öhdəlikləri
  • Azərbaycanda tədqiqat etikasının hüquqi əsasları

11:30 – 12:00 | Blok 3: Elmi məqalələrin hazırlanması və elmi yazı etikasının əsasları/Məruzəçi Dr. Mərziyyə Məmmədova

  • IMRAD strukturu və jurnal seçimi
  • Plagiat və autoplagiata qarşı tədbirlər
  • Rəy prosesi və cavablandırma taktikası
  • Orijinallıq yoxlama alətləri: Turnitin, iThenticate. StrikePlagiarism

12:00 – 12:15 | Fasilə

12:15 – 12:45 | Blok 4: Farmakonəzarət elmi və kliniki tədqiqatların ayrılmaz hissəsi kimi/ Məruzəçi Fərid Həsənov

  • Arzuolunmaz reaksiyalar haqqında məlumatların toplanması
  • Postregistrasiya mərhələsində aparılan tədqiqatlar
  • Tənzimləyici orqanlarla qarşılıqlı əməkdaşlıq

12:45 – 13:15 | Blok 5:  Tədqiqatın dizaynı və etik məsələlər. Tibbi assosiasiyalar və onların klinik tədqiqatlarda və tövsiyələrin hazırlanmasında rolu/ Məruzəçi Dr. Elşən Ağayev/MD

  • Tədqiqat dizaynlarının ümumi icmalı
  • Planlaşdırma zamanı etik məsələlər və tipik səhvlər
  • Peşəkar tibbi assosiasiyaların rolu
  • Beynəlxalq klinik tədqiqatlarda (DBPC) iştirak
  • Kliniki tövsiyələrin, protokolların və mövqe sənədlərinin hazırlanması
  • EMA, FDA və milli səhiyyə orqanları çərçivəsində beynəlxalq ekspertiza

13:15 – 13:30 |Blok 6: Contract Research Organisation (CRO) olaraq Health and Science Initiatives şirkətinin təcrübəsi/Məruzəçi Dr. Mərziyyə Məmmədova

  • CRO nədir və tədqiqatçılar üçün hansı imkanları yaradır
  • Tədqiqatın dizaynından dərc mərhələsinə qədər dəstək prosesi
  • allinus.az vasitəsilə rəqəmsal məlumatların toplanması
  • Statistika, etik sənədləşmə, nəzarət və yazı dəstəyi
  • Universitetlər və elmi-tədqiqat institutları və özəl klinikalar ilə uğurlu əməkdaşlıq nümunələri

13:30 – 14:00 | Fasilə

  • Tarix: 14 aprel 2025-ci il

  • Məkan: ATU, Fizika-Kİmya Korpusu, 2 ci mərtəbə, AKT zalı, Bakı şəhəri, Azərbaycan

  • Hədəf qrupu:  etik komitə üzvləri, tibb universitetlərinin pedaqoji heyəti, elmi-tədqiqat institutlarının əməkdaşları və klinik tədqiqatçılar, doktorantlar

  • İştirakçı sayı: 100 nəfər

  • Ödənişsiz

  • Aparılan dil: Azərbaycan dili

  • Sertifikat:  sertifikatı verilir

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.