NEVROLOQLAR ÜÇÜN NEYRORADIOLOGIYA

Sizi Nevroloqların Milli Assosiasiyası, Azərbaycan Uşaq Nevroloqları Assosiasiyasının, Health and Science İnitiatives nəzdində Azərbaycan Nevroloqlar Klubunun və Health and Science Events şirkətinin birgə təşkilatçılığı ilə “Nevroloqlar üçün neyroradiologiya” təlim kursuna dəvət edirik. Təlim kursu online formatda, həftədə bir dəfə olmaqla, 01 May 2025-ci il tarixdən başlayaraq, hər həftənin cümə axşamı günü saat 18:00-21:00-da keçiriləcək. Təlim kursu Neyroradioloji görüntüləmənin əsas prinsiplərini, Nevroloji təcili hallarda neyrovizualizasiyanı, eləcə də Nevroloqlar üçün damar görüntüləmələrini əhatə edəcəkdir. Bundan başqa Neyroradiologiyada süni intellektin rolu, Şişlər, iltihabi xəstəliklər və degenerativ Xəstəliklər, Neyrovizualizasiyaya göstərişlər, protokollar və s. mövzuları da iştirakçılarla geniş izah ediləcəkdir.
Əgər siz də bir nevroloq mütəxəssis olaraq, sərbəst şəkildə neyroradioloji görüntüləri təhlil etmək və nəticə çıxartmaq istəyirsizsə, bu təlim kursu sizin üçündür.
Təlim kursu Almaniyanın Köln Universitetinin əməkdaşı və eləcə də 600 minlik əhalisi olan Reyn-Zig bölgəsinin klinika rəhbəri Professor Nuran Abdullayev tərəfindən keciriləcək. Professor N.Abdullayev 10 ildən artiqdır ki Neyroradiologiya elminin həm diaqnostik, həm də invaziv sahələrində böyük uğur qazanaraq əldə etdiyi mühüm yeniliklərı çoxsaylı beynəlxalq, yüksəkreytingli nəşrlərdə dərc etmiş və tanınmışdır. Təlim zamanı siz nəinki tam sistemləşdirilmiş və Azərbaycan dilində adaptasıya olunmuş material ilə tanış olacaqsız, eləcə də canlı olaraq çətin keyslərin təhlılındə iştirak edıb suallarınızı verə biləcəksiz. Təlim kursunda Professor N.Abdullayevin 600 minlik əhaliyə göstərdiyi gündəlik aktiv neyroradioloji xidmətlərdən qazandığı təcrübələrdən yararlanmaq fürsəti alacaqsınız.

 

Proqram

Tarix: 08 may-5 iyun 2025-ci il
Məkan: Onlayn Platforma
Hədəf qrupu: Nevrologiya, neyrocərrahiyyə, radiologiya  ixtisası üzrə həkimlər, rezidentlər, tələbələr
İştirakçı sayı: 50 nəfər
Ödəniş: Ödənişli, 250AZN
Aparılan dil: Əsas dil – Azərbaycan dili
Sertifikat: 20DDT balı, sertifikatı verilir
Qeydiyyatın son günü:   6 may 2025-ci il

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir. Sertifikat tədbirdən sonra 1 ay ərzində onlayn şəkildə saytımızdaki şəxsi kabinetinizə yerləşdirilir. Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yaparıla bilər.