Hörmətli izləyicilərimiz!
Sizi Health and Science İnitiatives və Health and Science Events birgə təşkilatçılıqı ilə 13 oktyabr 2024-cü il tarixində keçiriləcək BAKI ALGOLOGİYA MƏKTƏBİ çərçivəsində “AĞRILARIN İNTERVENSİON İDARƏ EDİLMƏSİ. Modul 3” mövzusunda əyani formatda seminarda iştirak etməyə dəvət edirik.Tədbirdə yerli və xarici mütəxəssislərin iştirakı, çıxışları və təcrübə mübadiləsi, praktik vərdişlərin əyani xəstələr üzərində (workshop) və real kliniki hallar üzərində öyrənilməsi nəzərdə tutulmuşdur.
Seminar/Workshop
Moderator/Təlimçi Dr.Mərziyyə Məmmədova, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Nevologiya və Kliniki Neyrofiziologiya kafedrasının assistenti
Təlimçi Doç. Dr. Ender Sir, Gülhane Eğitim Araştırma Hastanesi Algoloji Kliniği Ankara, Türkiyə
Təlimçi Doç. Dr. Alp Eren Çelenlioğlu, Gülhane Eğitim Araştırma Hastanesi Algoloji Kliniği Ankara, Türkiyə
Məruzəçi Dr.Günay Şükürova , 28 saylı Şəhər Poliklinikası
Məruzəçi Dr.Məryəm Məmmədova, Sumqayıt Tibb Mərkəzi 1 saylı xəstəxana
Məruzəçi Dr.Səkinə Əliyeva, Sumqayıt Tibb Mərkəzi 2 saylı xəstəxana
PROQRAM
09.00-09.30 Qeydiyyat
09.30-09.40 Açılış.
09.40-10.10 Doç Dr. Ender Sir Alqologiyada Radiotezlikli neyromodulasiya yöntəmləri
10.10-10.40 Doç Dr. Ender Sir Trigeminal nevralgiyanın intervension müalicə üsülları
10.40-11.00 Çay fasiləsi
11.00-11.30 Dr. Gunay Şükürova Ənsə sinirlərinin blokadaları
11.30-12.00 Dr. Məryəm Məmmədova. Hər bel ağrısı yırtıqdırmı?
12.00-12.30 Dr.Səkinə Əlyeva Bel və sağrı nahiyyəsi tunel sindromları
12.30-13.10 Doç. Dr. Alp Eren Çelenioğlu Oynaq inyeksiyaları, epidural inyeksiyalar
13.10-13.50 Satellit Dr. Mərziyyə Məmmədova.Ağrı sindromlu pasientin menecment alqoritmləri.
13.50-14.00 Sual-cavab. Qrup fotosu.
Tarix: 13 oktyabr 2024-cü il
Məkan: Liv Bona Dea Hospital, Konfrans zalı, 6 cı mərtəbə Ünvan: 2 Mehdi Abbasov, Bakı, Azərbaycan
Hədəf qrupu: nevroloqlar, neyrocərrahlar, fizioterapevtlər, alqoloqlar, travmatoloqlar, onkoloqlar, anesteziologlar, rezidentlər, tələbələr
İştirakçı sayı: 150 nəfər
Ödəniş: Ödənişli, 80 AZN
Aparılan dil: Əsas dil – Azərbaycan dili, Türk dili
Sertifikat: Sertifikatı verilir
Qeydiyyatın son günü: 12 oktyabr 2024-cü il, 15.00
Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir. Sertifikat tədbirdən sonra 1 ay ərzində onlayn şəkildə saytımızdaki şəxsi kabinetinizə yerləşdirilir. Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yaparıla bilər.