NEVROLOQ PRAKTİKASINDA ARTERİAL HİPERTENZİYA. İDARƏETMƏ.

Hörmətli izləyicilərimiz!

Sizi Health and Science İnitiatives və  Health and Science Events birgə təşkilatçılıqı və Abbott Pharmanın təşkilati dəstəyi ilə 03 iyul 2024-cü il tarixində keçiriləcək “NEVROLOQ PRAKTİKASINDA ARTERİAL HİPERTENZİYA. İDARƏETMƏ.” mövzusunda vebinarda iştirak etməyə dəvət edirik.

Əhatə olunacaq mövzular:

Metabolik pozuntular fonunda arterial hipertenziya

TİA, İnsult zamanı və insultdan sonraki xəstələrdə  arterial hipertenziya idarəedilməsi

Nevroloji xəstələrdə arterial hipertenziyada mono, duo və trioterapiya seçim meyarları

 

Tədbirin proqramı:

17:30-18:30 Mövzu «NEVROLOQ PRAKTİKASINDA ARTERİAL HİPERTENZİYA. İDARƏETMƏ.»

18.30-18.40 Klinik Halların təhlili 

18.40-19.00 Sual -Cavab

Məruzəçi:

Dr. Mərziyyə Məmmədova, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyası şöbəsinin böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti

 

  • Tarix: 03 iyul 2024-cü il

  • Hədəf qrupuNevroloq, terapevt, kardioloq, endokrinoloq, ailə həkimi, təcili tibbi yardım ixtisası üzrə həkimlər, rezidentlər.

  • İştirakçı sayı: 70 nəfər

  • Format: online (ZOOM)

  • Ödənişsiz

  • Aparılan dil: azərbaycan dili

  • Sertifikat: verilir

  • Qeydiyyatın son günü:  03 iyul 2024-cü il, 14.00-dək

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir. Sertifikat tədbirdən sonra 1 ay ərzində onlayn şəkildə saytımızdaki şəxsi kabinetinizə yerləşdirilir. Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.