Hörmətli izləyicilərimiz!
Sizi Health and Science İnitiatives və Health and Science Events birgə təşkilatçılıqı və Abbott Pharmanın təşkilati dəstəyi ilə 21 iyun 2024-cü il tarixində keçiriləcək “NEVROLOQ PRAKTİKASINDA ARTERİAL HİPERTENZİYA. İDARƏETMƏ.” mövzusunda vebinarda iştirak etməyə dəvət edirik.
Əhatə olunacaq mövzular:
Metabolik pozuntular fonunda arterial hipertenziya
TİA, İnsult zamanı və insultdan sonraki xəstələrdə arterial hipertenziya idarəedilməsi
Nevroloji xəstələrdə arterial hipertenziyada mono, duo və trioterapiya seçim meyarları
Tədbirin proqramı:
17:00-18:00 Mövzu «NEVROLOQ PRAKTİKASINDA ARTERİAL HİPERTENZİYA. İDARƏETMƏ.»
18.00-18.20 Klinik Halların təhlili
18.20-18.30 Sual -Cavab
Məruzəçi:
Dr. Mərziyyə Məmmədova, Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kliniki-neyrofizioloji laboratoriyası şöbəsinin böyük elmi işçisi, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Nevrologiya və Klinik Neyrofizologiya kafedrasının assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis eksperti
Tarix: 21 iyun 2024-cü il
Hədəf qrupu: Nevroloq, terapevt, kardioloq, endokrinoloq, ailə həkimi, təcili tibbi yardım ixtisası üzrə həkimlər, rezidentlər.
İştirakçı sayı: 70 nəfər
Format: online (ZOOM)
Ödənişsiz
Aparılan dil: azərbaycan dili
Sertifikat: verilir
Qeydiyyatın son günü: 20 iyun 2024-cü il, 18.00-dək
Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir. Sertifikat tədbirdən sonra 1 ay ərzində onlayn şəkildə saytımızdaki şəxsi kabinetinizə yerləşdirilir. Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.