AĞRILARIN İNTERVENSİON İDARƏ EDİLMƏSİ. MODUL 2

Hörmətli izləyicilərimiz!

Sizi Health and Science İnitiatives, Boston Scientific, NeuroBio, MedFind Global Healthcare və Health and Science Events birgə təşkilatçılıqı ilə 15 iyun 2024-cü il tarixində keçiriləcək BAKI ALGOLOGİYA MƏKTƏBİ çərçivəsində “AĞRILARIN İNTERVENSİON İDARƏ EDİLMƏSİ. Modul 2” mövzusunda əyani formatda seminarda iştirak etməyə dəvət edirik.

Tədbirdə yerli və xarici mütəxəssislərin iştirakı, çıxışları və təcrübə mübadiləsi, praktik vərdişlərin əyani xəstələr üzərində (workshop) və real kliniki hallar üzərində öyrənilməsi nəzərdə tutulmuşdur. 

 

PROQRAM

Seminar

Moderator/Təlimçi Dr.Mərziyyə Məmmədova, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Nevologiya və Kliniki Neyrofiziologiya kafedrasının assistenti 
Təlimçi Doç. Dr. Ender Sir, Gülhane Eğitim Araştırma Hastanesi Algoloji Kliniği Ankara, Türkiyə
Təlimçi Doç. Dr. Alp Eren Çelenlioğlu, Gülhane Eğitim Araştırma Hastanesi Algoloji Kliniği Ankara, Türkiyə

 

09:00-10:00 Qeydiyyat

10:00-10:10 Açılış

10:10-10:40 Ağrıların idarəedilməsində yol xəritəsi və algoritmlər. Farmakoloji idarə etmə. Step 1. Dr.Mərziyyə Məmmədova

10:40-11:20  Baş ağrısında sinir blokları. Step 2

11:20-12:00 Oynaq inyeksiyaları ve kök hüceyrə tətbiqi. Step 2

12:00-12:30 Ağrının non farmakoloji/intervetional idarəetməsi: Radiofrekans Terapiyası (RF) Step 3

12:30-13:00 Spinal kord neyrostimulyasiyada yeni göstərişlər Step 4

13:00-13:30 Çay-qəhvə fasiləsi

Workshop

14:00-16:00

  • Blokadaların və oynaq  inyekiyalarının praktik öyrədilməsi. (Ultrasəs kontrol ilə)

  • Onurğa blokadaları (Radioskopik kontrol ilə)

 

  • Tarix: 15 iyun 2024-cü il

  • Məkan: Liv Bona Dea Hospital, Konfrans zalı, 6 cı mərtəbə Ünvan: 2 Mehdi Abbasov, Bakı, Azərbaycan

  • Hədəf qrupu: Nevrologiya, anesteziologiya, neyrocərrahiyyə, travmatologiya, fizioterapiya ixtisası üzrə həkimlər, rezidentlər, tələbələr

  • İştirakçı sayı: 70 nəfər

  • Ödəniş: Ödənişli, 53AZN

  • Aparılan dil: Əsas dil – Azərbaycan dili, Türk dili

  • Sertifikat: Beynəlxalq dərəcəli Boston Scientific sertifikatı verilir

  • Qeydiyyatın son günü:  13 iyun 2024-cü il

 

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir. Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir. Sertifikat tədbirdən sonra 1 ay ərzində onlayn şəkildə saytımızdaki şəxsi kabinetinizə yerləşdirilir. Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yaparıla bilər.