GOOD CLİNİCAL PRACTİCE- ETİBARLI KLİNİK TƏCRÜBƏ

Hörmətli izləyicilərimiz!

Sizi  Health and Science Initiatives nəzdində yaranmış Elmi Araşdırmalara Dəstək Mərkəzi təşkil olunmuş “Good Clinical Practice (GCP) – Etibarlı Klinik Təcrübə” təlimində iştirak etməyə dəvət edirik.

İki gün davam edəcək olan təlim hər biri təqribən 1,5 saat davam edən 8 Moduldan ibarətdir:

  1. Helsinki Bəyannaməsi və GCP-nin yaranması, qısa tarixi, klinik tədqiqatlarda (KT) onun rolu. ICH/GCP-E6. Avropada və Azərbaycanda klinik tədqiqatlara dair mövcud qanunvericilik aktları və qaydalar.
  2. Xüsusi GCP terminologiyası və vacib GCP sənədləri
  3. Dərman vasitələri və tibbi cihazların hazırlanması və təhlükəsizliyi
  4. Biometriyanın əsasları, fərqli tədqiqat dizaynları və hədəflərin müəyyən edilməsi
  5. Klinik Tədqiqat Mərkəzinin və sponsorun vəzifələri
  6. Klinik Tədqiqatlarda keyfiyyətə nəzarət
  7. Auditlər və inspektor yoxlamaları
  8. ICH/GCP-yə əsaslanan Klinik Tədqiqatların aparılması – Praktiki hissə

Təlim Elmi Araşdırmalara Dəstək Mərkəzi-nin təlimçiləri  Dr. Jalə Əhmədova /PhD  – həkim-laborant, Tibb Üzrə Fəlsəfə Doktoru,  Klinik Tədqiqatlar üzrə Mütəxəssis, Mannheim şəhəri, Almaniya/ və  Dr. Elşən Ağayev, MD / qulaq-burun-boğaz həkimi, allerqoloq, Klinik Tədqiqatlar üzrə Mütəxəssis, Almaniyada Azərbaycanlı Tibb İşçiləri Birliyinin sədr müavini, Hamburq şəhəri, Almaniya/ tərəfindən aparılacaqdır.

Tədbir CANLI formatda keçiriləcəkdir.

Program

  • Tarix: 09-10 mart 2024-cü il
  • Təlimçilər : Dr. Jalə Əhmədova, PhD, Dr. Elşən Ağayev
  • Hədəf qrupu: Tibb və tibbə yaxın bütün sahələrdə (mikrobiologiya, genetika, biokimya, biofizika və s.) klinik elmi araşdırma aparan və aparmaq arzusunda olan həkim və digər tibb və qeyri-tibb işçiləri
  • İştirakçı sayı: 30 nəfər
  • Ödəniş: Ödənişlidir, 400 AZN 
  • Aparılan dil: Əsas dil – Azərbaycan dili, sual-cavab – Azərbaycan, ingilis və rus dillərində
  • Sertifikat: Beynəlxalq dərəcəli GCP sertifikatı verilir
  • Qeydiyyatın son günü:  07 mart 2024-cü il

Tədbirin şərtləri

Həkimlərin Davamlı Tibbi Təhsilinə dair tədbirlərdə davamiyyət mütləq şəkildə yoxlanılır və davamiyyətin yoxlanılması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.Bunun üçün tədbirdə iştirak edərkən şəxsiyyətinizi təsdiq edən sənədi təqdim etməlisiniz.Sertifikat verilməsi üçün tədbirin 75%-ində iştirak etmək mütləqdir.Sertifikat tədbir günü və ya tədbirdən sonra, canlı və yaxud onlayn şəkildə ( və ya hər iki şəkildə) təqdim edilə bilər, bu seçimlər təşkilatçı tərəfindən təyin olunur.Təşkilatçı tərəfindən tədbir zamanı davamiyyətinizin yoxlanılması fasilələr zamanı bir neçə dəfə yoxlanıla bilər.