Elmi və tələbə işlərinin plagiata dair qiymətləndirilmə metodologiyası

Azərbaycanda təcrübəmiz

  • Plagiat.pl – Azərbaycanda nümayəndəliklə təmsil olunan yeganə antiplagiat şirkətidir (2015-ci ildən).
  • Strikeplagiarism.com – Azərbaycan dilində axtarış həyata keçirən və Azərbaycan dilində interfeysi olan yeganə antiplagiat sistemidir.
  • Ölkədə Avropa universitetlərinin təcrübəsi əsasında elmi və tələbə işlərinin yoxlanılması və qiymətləndirilməsi üzrə vahid prosedurları həyata keçirən yeganə antiplagiat şirkətidir.
  • Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası, 32 ali təhsil müəssisəsi və Azərbaycan Milli Elmlər Akademiyasının 12 İnstitutları Plagiat.pl ilə əməkdaşlıq edir.
  • Strikeplagiarism.com SCOPUS, Web of Science kimi nəşr olunan elmi jurnallar, 2 milyarddan çox İnternet-səhifə və 1 milyondan çox elmi işlərin məlumat bazaları ilə indeksləşdirən antiplagiat sistemidir.
  • Antiplagiat sistemi Moodle və Ldap kataloqu ilə inteqrasiya olunub.        

Plagiat nədir?

  • Plagiat latıncadan «plagium» sözündən yaranıb, yəni «oğurlamaq» deməkdir.
  • Plagiat elm və incəsənətdə digər bir müəllifin yaradıcılığının, ideyasının mənimsənilməsi, istinad etmədən bütöv və ya qismən istifadə edilməsi və ya öz adı altında birüzə verilməsi deməkdir.
  • İnternetin əlçatan olması ilə plagiatçılıq problemi yeni miqyas əldə edib.
  • «Copy-paste», yəni «Koçür-əlavə et» üsulu ilə elmi və tələbə işlərinin yazılması məşhurlaşıb.
  • «Ghost writer», «Contract cheating companies», yəni İnternet vasitəsi ilə hazır elmi və tələbə işlərinin satışı möcuddur, Dissertasiyalar Dəyirmanı fəaliyyət göstərir.
  • Müəllim tərəfindən elmi işin pul ilə yazılması halları mövcuddur, bütün bunlar təhsilin keyfiyyətinə və gələcək mütəxəssisin formalaşmasına birbaşa təsirini göstərir.
  • Akademik plagiat akademik etikanın pozulmasıdır və bunun üçün təhsil qanununa uyğun olaraq universitetdən xaric edilməlidir.

Plagiatın növləri

 

Bilərəkdən

Bilmədən

  • Bir-birindən köçürmə
  • Digər işin və ya onun əhəmiyyətli hissəsinin köçürülməsi
  • İnternetdən köçürmə və ya satın-alma
  • Müxtəlif mənbələrdən istifadə edərək mətnin tərtib edilməsi
  • Cümlədə sözlərin əvəz edilməsi
  • Mövcud olmayan və ya qeyri-dəqiq məlumata istinad
  • Dərslikdən götürülən alınmalar
  • Mənbələrin ədəbiyyat siyahısına daxil edilməsi, lakin elmi işdə onlara istinad verilməməsi
  • Elmi işdə mənbələrə istinadlar mövcuddur, lakin demək olar ki, öz töhfəsi yoxdur
  • Cümlənin köçürülməsi

 

Plagiat hesab edilmir:

  • Geniş yayılan və məşhur olan ideyalar və ifadələr, idiomalar;
  • Mətnin öz sözləri ilə yazılması, rəsmi tərcümə olmadıqda tərcümə edilərək mətnin öz sözləri ilə ifadəsi;
  • Tanınmış bilik və faktlar;
  • Folklor əsərləri;
  • Rəsmi sənədlər (qanunlar, fərmanlar, sərəncamlar, məhkəmə qərarları, dövlət standartları və s. və onların rəsmi tərcümələri);

 

Müəlliflər antiplagiat sistemindən yan keçmək üçün hansı üsullardan istifadə edirlər?

  • Parafrazlar – digər müəllifin mətninin bir neçə sözünün dəyişdirilməsi, sözlərin yerlərinin dəyişdirilməsi.
  • Əlifba dəyişiklikləri – latın və kiril əlifbasının hərflərinin dəyişdirilməsi.
  • Gizli (ağ) işarələrin sənədə əlavə olunması.
  • Sözlər arasında mikroprobellərin əlavə olunması.
  • Sözlər arasında artıq boşluqların əlavə olunması.
  • Çap variantın elektron variantdan fərqlənməsi.

Bütün bunlar «Ağıllı təhlil» sayəsində aşkar edilir və Oxşarlıq Hesabatında «Həyacan siqnalı» şəklində əks olunur.

 

Plagiatın və sistemin yan keçməsinin qarşısını almaq üçün lazımi tədbirlər

  • Bütün növ elmi və tələbə işlərinin plagiata dair yoxlanılma və qiymətləndirmə prosedurlarının və akademik dürüstlük kodeksinin tətbiqi.
  • Bütün növ elmi və tələbə işlərinin plagiata dair yoxlanılması. Alimin və mütəxəssisin formalaşması dissertasiya ilə deyil, kurs işi ilə başlayır.
  • Müəllif və müəlliflər üçün təlimlərin keçirilməsi (təlimləri keçirməyə hazırıq).
  • İldə iki dəfə auditin keçirilməsi.

Texniki tədbirlər:

  • İşləri DOC formatında qəbul etməyi tövsiyyə edirik.
  • Elmi işlər arxivləşdirilməlidir, bu onları köçürmədən qorumağın yeganə yoludur.
  • Elmi işin metaməlumatları düzgün daxil edilməlidir, işin və müəllifin tam adı.
  • PDF formatı ilə sistemdən yan keçmək daha asandır (asanlıqla mətnin bir hissəsini şəkil ilə əvəz etmək mümkündür).
  • Oxşarlıq Hesabatında «Həyacan siqnallarına» diqqət yetirmək lazımdır.
  • Akademik dürüstlük əldə etmək üçün LMS sistemlərinin tətbiqi (Learning Management System Öyrənmə idarəetmə sistemi).

İşləri necə qiymətləndirməli?

  • 1-ci Oxşarlıq əmsalı üzrə alınmaların sayı 30%-i keçmirsə,
  • 2-ci Oxşarlıq əmsalı üzrə alınmaların sayı 5%-i keçmirsə,
  • Sitatlar düzgün qeyd olunubsa,
  • Sitatlar ədəbiyyat siyahısında düzgün əks olunubsa,
  • Yoxlanılan sənəddə mətnlə heç bir manipulyasiya mövcud deyilsə (əlifba dəyişiklikliyi, gizli işarələr, intervallar, mikro boşluqlar) elmi iş müdafiəyə buraxılır.

P.S. Zəhmət olmasa, diqqət yetirin ki, yüksək əmsal dəyəri avtomatik olaraq plagiat hesab edilmir. Hesabat səlahiyyətli şəxs tərəfindən təhlil edilməlidir.

Xahiş edirik, unutmayın ki, sistem qərar qəbul etmir. Şübhə yaranarsa, Oxşarlıq Hesabatı diqqətlə təhlil olunmalıdır.

Plagiata yoxlanılma prosedurlarının nümunəsi

 

Yoxlama prosedurunun blok sxemi

Dissertasiyalar Dəyirmanı: unikallığın yoxlanılması və yenidən satış üçün işlərin toplanma prosesidir

Müəlliflər üçün yoxlama:

  • Strikeplagiarism.com saytında qeydiyyat və müstəqil şəkildə sənəd yoxlamaq imkanı.
  • Anonim yoxlama.
  • Yalnız açıq İnternet-mənbələr vasitəsi ilə yoxlama.
  • Yoxlamadan sonra sənədlər Məlumatlar Bazalarında saxlanılmır.
  • Yoxlama qiyməti sənədin həcmindən asılıdır (hər 18.000 işarə 5.5 AZN - 1 ədəd Token, sənədi yüklədikdə tələb olunan Token sayı qeyd olunur).

 

Təşəkkürlər!

Suallarınız yarandıqda:

Plagiat.pl şirkətinin Bakı ofisi +994 12 480 0679, +994 12 480 1568

officebaku@strikeplagiarism.com amammadli@strikeplagiarism.com