Antiplagiat sistemi üzrə qaydalar

ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar № 20-IQ, 07 fevral 1996-cı il tarixli «Müəlliflik hüququnun və əlaqəli hüquqların müdafiəsi sahəsində əməkdaşlıq haqqında» Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanunu; 1.2 № 115-IQ, Bakı şəhəri, 5 iyun 1996-cı il tarixli Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Azərbaycan Respublikasının Qanunu; Təhsil müəssisələrində hazırlanan tədris vəsaitlərində plagiat halları ilə mübarizənin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Təhsil Nazirinin 464№-li
2016-cı il 05 iyul tarixli əmri ilə tənzimlənir.
1.2. Bu Qaydalar Antiplagiat Normativ Aktları Universitetdə və ya onun bölmələrində (fakültələr, kafedralar, və s.) Antiplagiat Qaydalarının təmin olunmasını müəyyən edir.
1.3. Bu Qaydalar bakalavr, magistr, doktorluq və digər elmi işlərin (tədris metodiki vəsaitlər) yoxlanılmasını nəzərdə tutur.
1.4. Rektor tərəfindən təyin edilmiş “Antiplagiat Komissiya”nın müsbət rəyi bakalavr, magistr, doktorantların imtahana (diplom müdafiəsinə) buraxılması üçün əsasdır.
2.MƏQSƏD: - Antiplagiat sisteminin əsas məqsədi buraxılış işlərinin, magistr və doktorluq dissertasiyalarının, həmçinin tədris vəsaitlərinin, məqalələrin və monoqrafiyaların oxşarlığının yoxlanılmasını təşkil etməkdir.
3. ANTİPLAGİAT SİSTEMİNİN ƏSAS TƏLƏBLƏRİ
Antiplagiat sistemində istifadəçilər üçün elektron ünvanlar yaradılır və fərdi hesablar açılır.
2. Antiplagiat sistemində istifadəçilər (bakalavr, magistr və doktorantlar) üçün açılan fərdi hesablar universiteti bitirdikdən sonra bağlanır.
3. Antiplagiat sistemi tərəfindən diplom və ya dissertasiya işinin yoxlanmasından öncə istifadəçi StrikePlagiarism Antiplagiat İnternet-Sistemində fərdi hesabını aktivləşdirir.
4. İstifadəçinin Antiplagiat sistemində fərdi hesabını aktivləşdirmək üçün universitetin serverində elektron poçt ünvanına göndərilən istifadəçi adını (login) və parolunu istifadə edərək www.strikeplagiarism.com və ya www.plagiat.pl saytına daxil olmalı və sisteminə şəxsi məlumatları daxil etməlidir.
5. Universitetin serverində yaradılmış elektron poçt ünvanlarını istifadə etməyən istifadəçilər öz fərdi hesablarını universitetin veb-saytında aktivləşdirməlidirlər. İstifadəçinin elektron poçt ünvanının fərdi hesabının aktiv edilməsi yalnız universitetdə mümkündür.
6.Diplom, dissertasiya və ya tədris vəsaitləri yalnız Antiplagiat İnternet-Sisteminin müvafiq bazası əsasında universitetdə istifadə olunan versiya tərəfindən yoxlanıla bilər.
7. Kompüter çap materialının mətni elektron variantının mətni ilə eyni olmalıdır.
8. Antiplagiat sisteminə yüklənən mətnin bilərəkdən təhrif olunmasına, işin yüklənilməsi zamanı mətnin hər hansı bir hissəsinin buraxılmasına, şriftin bilərəkdən dəyişdirilməsinə, digər əlifba işarələrinin istifadə olunmasına, xüsusi işarələrin əlavə olunmasına, sözlərdə işarələrin sırasının dəyişdirilməsinə, mətndə olan bir sıra işarələrin buraxılmasına və s. görə istifadəçi bir başa intizam məsuliyyəti daşıyır.
ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
9. Müdafiəyə-imtahana buraxılmış bütün elmi işlər müdafiənin başlanılması tarixindən sonra 48 saat ərzində Administrator tərəfindən Strikeplagiarism.сom İnformativ Məlumatlar Bazasına daxil edilir.
4. ANTİPLAGİAT SİSTEMİNİN KAFEDRALARDA TƏTBİQİ QAYDALARI VƏ SƏLAHİYYƏTLİ KOMİSSİYA
1. Diplom və ya dissertasiya işi antiplagiat sistemində yoxlanıldıqdan sonra kafedra nümayəndəsi 3 nüsxədə qısa hesabatı çap edir və bir nüsxəsini elmi rəhbərə çatdırmaq məsuliyyətini daşıyır (Hesabatın digər nüsxəsi isə elektron formada Səlahiyyətli Komissiya adminstrator tərəfindən təqdim olunur). Sonuncu nüsxə istifadəçidə qalır.
2. Əgər plagiat yoxlaması zamanı diplom işləri, dissertasiyalar, elmi məqalələr və tədris vəsaitlərində (Proqram, metodiki göstəriş, dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limit həddi aşılarsa Səlahiyyətli Komissiya limiti aşma səbəblərini müəyyən edir, istinad edilən mənbələri dəqiqləşdirir və müvafiq qərar qəbul edir.
2. Yoxlama zamanı diplom işləri, dissertasiyalar, elmi məqalələr və tədris vəsaitləri universitetin
müəyyən etdiyi limiti aşarsa həmin hesabat Səlahiyyətli Komissiyaya ötürülür və Komissiya Sədrinin qərarı protokol 1-dəki kimi aşağıdakı qaydada rəsmiləşdirilir:
İş orijinaldır və müdafiəyə qəbul edilmişdir;
İş düzgün şəkildə formalaşdırılmayıb və yenidən işlənilməlidir;
İşdə plagiat faktları aşkar olunub, intizam tədbiri zəruridir.
3.Diplom işləri və dissertasiyaların antiplagiat yoxlamasının nəticəsinə uyğun protokollara baxmaq üçün elmi rəhbərlər və komissiyanın üzvləri görüş keçirir. Səlahiyyətli Komissiyanın qərarına uyğun olaraq imtahana (Müdafiəyə) buraxılmaq haqqında qərar qəbul edilir.
4. İşin düzəlişə ehtiyacı olduğu halda, işin imtahana (müdafiəyə) Buraxılış Protokolunu əldə etdikdən sonra tələbə\magistr lazım olan düzəlişləri yerinə yetirir və düzəlişlərin elmi rəhbər tərəfindən təsdiqləndiyi halda elmi işin yeni variantını antiplagiat sistemininə təkrar yükləyir.
5. İlk yoxlanmada iş orijinal olmadığına görə (buna sübut oxşarlıq hesabatıdır) tələbə hazırki prosedurlara əsasən işi yoxlamaq üçün xərcləri öz üzərinə götürür.
6. Universitet tələbəyə 2 (iki) dəfə işi düzəltmək üçün imkan yaradır. Hər cəhd yenidən antiplagiat yoxlamasını keçməyi tələb edir.
7. Əgər ikinci yoxlamadan sonra yoxlama nəticəsində dissertasiya işində plagiat halları aşkar olunarsa, bu iş müdafiəyə buraxılmayacaq və Sistemin Məlumatlar Bazasına daxil edilməyəcəkdir. Oxşarlıq hesabatlarının kafedraya təqdim edilməsindən sonra 7 (yeddi) iş günü ərzində, müəllif elmi rəhbərin və komissiya rəhbərinin imzaladığı qısa oxşarlıq hesabatlarının göndərildiyi kafedradan bildiriş alacaqdır.
8. Kafedraya plagiat yoxlaması üçün təqdim olunan diplom və dissertasiya işləri aşağıdakı tələblərə uyğun olmalıdır:
Qısaldılmış hesabatın hər 3 nüsxəsi Səlahiyyətli Komissiyanın sədri tərəfindən imzalanmış olmalıdır;
(Qısaldılmış hesabatlar UNEC-də istifadə olunan StrikePlagiarism Antiplagiat İnternetSisteminin versiyasında çap olunmalıdır;)
ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
Birinci mərhələdə oxşarlıq əmsalları təyin olunan səviyyədən yuxarı olduğu halda müdafiəyə buraxılarsa, Səlahiyyətli Komissiyanın əsaslandırmış protokolunun (3 nüsxədə) mövcudluğu vacibdir.

Sistemin Operatoru elmi işinin qiymətləndirməsini yerinə yetirmir. Komissiya üzvləri Oxşarlıq Hesabatını və Elmi İşini yoxlayıb qiymətləndirirlər.

5. OXŞARLIQ HESABATLARINDA UNİVERSİTETİN MÜƏYYƏN ETDİYİ LİMİT
HƏDDİ
5.1. Diplom işləri, dissertasiyalar, elmi məqalələr və tədris vəsaitlərində (Proqram, metodiki göstəriş, dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limiti aşağıdakı kimidir:
 I Oxşarlıq Əmsalı 50%-dən çox olmamalıdır;
 II Oxşarlıq Əmsalı 5%-dən çox olmamalıdır.
5.1.1 Yoxlanılmış bakalavr buraxılış işi və magistr dissertasiyalarında oxşarlıq həddi təyin olunmuş limit həddindən yüksək olarsa, təhsil alana icazə verilir ki, bir ay ərzində dissertasiya işi üzərində düzəlişlər edərək dissertasiya və diplom işini təkrar sistemdə yoxlasın. İkinci yoxlamada da oxşarlıq həddi yenidən limitdən çox olarsa işin müdafiəsi növbəti semestrə saxlanılır.
5.1.2 Əgər qiymətləndirmə nəticəsində təqdim olunan diplom işləri, dissertasiyalarda plagiat faktları yoxdursa və ancaq sitatların miqdarı elmi işin 30%-dan artıqdırsa, bu işin orijinallıq dərəcəsi aşağıdır – bu elmi iş müdafiəyə buraxılmır və Sistemin Məlumatlar Bazasına əlavə edilmir. Bu halda tələbə elmi rəhbəri ilə məsləhətləşməli, elmi işi üzərində 1 (bir) ay ərzində dəyişiklik aparmalı və elmi işini yenidən antiplagiat yoxlamasına təqdim etməlidir.
5.1.3 Yoxlanılmış bakalavr buraxılış işi və dissertasiyalarında oxşarlıq əmsalı 50%-dən çox, II Oxşarlıq Əmsalı 10%-a qədər olarsa iddiaçı 15-30 gün ərzində, II oxşarlıq əmsalı 10%-dən çox olarsa 1 ay ərzində dəyişiklik aparmalı və elmi işini yenidən antiplagiat yoxlamasına təqdim etməlidir.
5.1.4 Elmi rəhbərin (məsləhətçinin) bir ildə birdən artıq, yaxud iki il ardıcıl olaraq rəhbərlik etdiyi tələbələrin işində plagiat faktı aşkarlanarsa -növbəti il onun elmi rəhbərliyi (passiv dərs saatı) aktiv dərs saatı ilə əvəz edilməsi tövsiyyə edilir.
5.2 Yoxlanılmış elmi məqalələr və tədris vəsaitlərində (Proqram, metodiki göstəriş, dərs vəsaitləri, dərslik və monoqrafiyalar) müəyyən edilən oxşarlıq limiti aşağıdakı kimidir:

  • Fənn proqramları üzrə:-I Oxşarlıq Əmsalı 50%-dən çox, II Oxşarlıq Əmsalı 10%-dən çox olmamalıdır;
  • Dərsliklər üzrə:- I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 10%-dən çox olmamalıdır;
  • Dərs vəsaitləri üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 7%-dən çox olmamalıdır;
  • Dissertasiyalar (Bakalavr)üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 7%-dən çox olmamalıdır;
  • Dissertasiyalar (Magistr)üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır;
  • Dissertasiyalar (Fəlsəfə və elmlər doktoru)üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II OxşarlıqƏmsalı 4%-dən çox olmamalıdır;
  • Metodiki göstərişlər üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır;
  • Məqalələr üzrə:- I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır; ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
  • Monoqrafiyalar üzrə: I Oxşarlıq Əmsalı 50%-dən çox II Oxşarlıq Əmsalı 4%-dən çox olmamalıdır.

Təqdim olunan tədris vəsaitləri üzrə təyin olunan limitləri birinci dəfə aşan iddiaçılara 1 ay düzəliş üçün vaxt verilir. Düzəlişdən sonra müvafiq limitləri yenidən aşan müəlliflərin təqdim etdiyi tədris vəsaiti ləğv edilir. Oxşarlıq Əmsalları 80%-dən yuxarı olarsa həmin tədris metodiki vəsait və dissertasiya II dəfə yoxlamaya qəbul edilmir.
5.4 Diplom işləri, dissertasiyalar, elmi məqalələr və tədris vəsaitlərində təkrar yoxlama iddiaçıların şəxsi vəsaitləri hesabına həyata keçirir;
5.5 Oxşarlıq əmsalları yalnız universitetin Elmi Şurasının qərarı ilə dəyişdirilə bilər.
6. SİSTEMİN KİÇİK VƏ BÖYÜK KODLARINDAN İSTİFADƏ QAYDALARI
1. Hər bir istifadəçi öz diplom vəya dissertasiya işini ona təqdim edilən Böyük və Kiçik kod əsasında yoxlaya bilər.
2. İstifadəçilər Böyük kodla kafedranın təqdim etdiyi siyahı əsasında buraxılış işini, magistr dissertasiyalarını, kiçik kodla isə kiçik həcmli işləri, referatları, elmi əsərləri, məqalələri və s. yoxlaya bilərlər.
3. Müəyyən edilən təlim müddətində böyük kodu almayan, lakin adları siyahıda olan tələbələr kodu əldə etmək üçün Universitetin StrikePlagiarism Antiplagiat Sisteminin Administratoruna müraciət etməlidirlər.
4. Böyük Kod vasitəsi ilə istifadəçilərə StrikePlagiarism Antiplagiat İnternet Sistemində həcmi 250 səhifədən artıq və 40 səhifədən az olmayan mətinlərə (ara məsafələri, format və ya redaktə işarələri daxil olmaqla) bir dəfə pulsuz yoxlama imkanı verilir. Kiçik kod həcmi 40 səhifədən az olan sənədləri yoxlamaq üçün nəzərdə tutulur.
5. Antiplagiat sistemində təkrar yoxlama üçün kodun verilməsi Universitetin StrikePlagiarism Antiplagiat İnternet Sisteminin Administratoruna müvafiq kafedra üzrə təyin olunmuş nümayəndənin müraciəti əsasında mümkündür. Bu müraciət əsasında yalnız bir dəfə kafedraya təkrar yoxlama üçün kod verilir (ödənişli əsaslarla) nəticə müsbət olmadıqda iddiaçının yalnız növbəti sessiyada müdafiəyə buraxılmaq üçün bir kod almaq hüququ yaranır.Admistrator tərəfindən verilən kodların təyinatına uyğun istifadəsinə müvafiq kafedra müdiri məsuliyyət daşıyır.
7. APELLYASİYA QAYDALARI
1. Komissiyanın qərarı ilə razılaşmadığı halda elmi rəhbər və ya tələbə komissiyanın iş üzrə qərarın açıqlanmasından sonra maksimum 3 iş günü ərzində Rektora müraciət etmək hüququna malikdir.
2. Rektor əldə olunan sənədlər və zəruri hallarda öz təhlili əsasında yekun qərar qəbul edir. Rektor iş üzrə qərarı apellasiyaya müraciətdən sonra 10 iş günü ərzində qəbul edir və işin müdafiəyə buraxılmasına, işdə düzəliş olunmasına və ya plagiatın olmasına, intizam tədbirlərin görülməsinə dair qərar verir.
3. Apellyasiya müraciəti yalnız bir dəfə oluna bilər.
8. İSTİFADƏ OLUNAN FORMALAR ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR

  • Kafedra əməkdaşı tərəfindən işin qəbul edilməsi və yazılı variantın elektron variantla eyni olmasınıntəsdiqlənməsi Protokolu (D/Q/04/Fr03)
  • Elmi işin imtahana buraxılması üzrə Rəyi; (D/Q/04/Fr01)
  • İşin orijinallığına dair tələbənin bəyanatı; (D/Q/04/Fr02)
  • Akademik yazı üzrə bələdçi;
  • Metodiki vasitələrin ekspertizası üzrə sxem.

ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
Antiplagiat qaydalarına Əlavə 1
Kafedra əməkdaşı tərəfindən işin qəbul edilməsi və yazılı variantın elektron variantla eyni olmasının təsdiqlənməsi Protokolu
1. Müəllif: …………………..…
2. Ad: ……………….…………
3. ElmiRəhbər: ……………….……
4. Sistem Operatoru: …………………………
5. İşin yüklənmə tarixi: …………………….……
6. Yarımşöbə (Kafedra): ………………………
7. Sənədin növü: …………………………
Yoxlamanın nəticəsi:
 İşin yazılı variantı elektron variantı ilə eynidir
Səhifələrin sayı: ….
Müqayisə üçün təyin olunan səhifələr: … … …
Sistem operatorunun imzası
Hazırki protokol aşağıdakıları nəzərdə tutaraq 2 nüsxədə tərtib olunmuşdur:

  • İşin müəllifi
  • Sistem operatoru

Antiplagiat qaydalarına Əlavə 2
Tədris metodiki vəsaitin Tədris Metodiki Şuraya buraxılması üzrə rəy
Təsdiq edirik ki, .......................................................... adlı elmi işi İnternet Antiplagiat Sisteminin təhlili nəticəsində hesabat nəzərdən
keçirilmişdir:
Müəllif: ………………………………………………………
Vəzifəsi: …………………………………………………………
Oxşarlıq Hesabatı yoxlanılaraq təhlil edilmiş və nəticə aşağıdakı kimi olmuşdur:
Tədris metodiki vəsait plagiat əlamətləri daşımır. Ona görə də metodiki vəsait Tədris Metodiki Şuraya göndərilir.
Tədris metodiki vəsait plagiat əlamətləri daşımır, lakin sitatların sayı işin ümumi həcminin 50%-dan artıq hissəsini təşkil edir.
Beləliklə, metodiki vəsaitə düzəliş verilməlidir.
Aşkarlanan nəticələr metodiki vəsaitə qeyri-qanuni və plagiata məruz qalmasını sübut edir. Beləliklə, iş Tədris Metodiki Şuraya buraxılmır.
Tədris metodiki vəsaitdə köçürmələri gizlətmək məqsədi ilə təhriflər işlənilib. Beləliklə, metodiki vəsait Tədris Metodiki Şuraya buraxılmır.
Qərar:……………………………………………………………………………………………………………
Sədr:
Üzvlər:
ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
Bəyannamənin nümünəsi Əlavə 3
İşin orijinallığına dair tələbənin bəyanatı
…………………………………….
Tələbənin adı, soyadı, atasının adı
………………………………….
Tələbə biletinin nömrəsi
Bəyan edirəm ki, ………………………………………………………………………
1) Mən tərəfdən hazırlanmışdır,* və:
A. Müəllif hüquqları qanununa uyğun olaraq üçüncü şəxslərin müəllif hüquqlarını pozmur.
B. Mən və ya hər hansı digər şəxs tərəfindən ali təhsil diplomunu və ya elmi dərəcəni əldə etmək üçün əsas kimi tam və ya qismən istifadə edilməmişdir.
2) Bundan əlavə, bəyan edirəm ki, mən tərəfdən təqdim olunan işin elektron variantı çap variantına uyğundur.
3) Bununla təsdiq edirəm ki, universitet tələbəsinin hüquq və öhdəlikləri və elmi işlərin orijinallığının yoxlanması qaydaları barədə məlumatlandırılmışam. Buna görə də, bəyan edirəm ki, universitetin antiplagiat prosedurlarına əsasən yazılı ** işlərimin emalına və universitetin antiplagiat qaydalarına və prosedurlarına uyğun olaraq bu işləri Antiplagiarism.com internet-sisteminin məlumatlar bazasında arxivləşdirilməsinə razılıq verirəm.
........................ ........................
Tarix İmza
* Elmi rəhbərin əhəmiyyətli töhfəsini nəzərə alaraq
** İşin emalı altında alınmaların aşkarlaması, Oxşarlıq Hesabatının generasiyası və növbəti işlərlə müqayisə etmək üçün sənədlərin bazada saxlanılması üçün StrikePlagiarism.com İnternet Sisteminə ötürülən işin məzmununun müqayisəsi nəzərdə tutulur.
ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
Antiplagiat qaydalarına Əlavə 4
Akademik mənbələri müəyyənləşdirmə:- Akademik yazıda istifadə edəcəyiniz məlumat mənbələri, bir qayda olaraq, etibarlı mənbələr olmalıdır. Akademik mühitdə etibarlı mənbə dedikdə, adətən, nəşr edilmiş material başa düşülür. Bu material aşağıdakı formada ola bilər:
• Kitablar;
• Jurnal məqalələri;
• Nəşr edilmiş hesabatlar.
Bu növ məlumatların faydası ondan ibarətdir ki, onlar sizi nəzəri ideyalar, mühüm qiymətləndirmələr, tədqiqat tapıntıları və elmi rəylər formasında ola biləcək yanaşmalarla, əsaslarla təmin edir. Eyni zamanda, bu elmi məlumatlar sizin qeyd etdiyiniz məqamları əsaslandırmağa kömək edir. Bəzən bu mənbələr iki kateqoriya üzrə qruplaşdırılır: birinci və ikinci dərəcəli mənbələr
Aşağıdakı məlumat və dəlillər akademik mənbələr deyil:

  • Şəxsi fikirləriniz;
  • Dostlar və ya qohumlarla bir mövzu üzrə aparılan müzakirənin nəticələri;
  • Məşhur bir insanın düşüncələri;
  • Məşhur gündəlik həyat jurnallarından məqalələr;
  • Qəzetlərdəki köşə yazarlarının rəyləri (qəzet məqalələrindən fərqli olaraq).

Müəllifə istinad etmə:- Akademik yazının əsas xüsusiyyətlərindən biri öz fikirlərinizi əsaslandırmaq üçün ədəbiyyatdan istifadə etməkdir. Bu, sizdən müəyyən bir tədqiqat sahəsindəki məsələnin müxtəlif tərəflərini təhlil etmək üçün ədəbiyyatla ətraflı tanışlıq tələb edir. Bu, o, deməkdir ki, bu müəllifləri elmi yazı işinizə daxil edərək və onların fikirlərini qeyd etməklə, müəyyən bir ədəbiyyat araşdırmanız nəticəsində siz ortaya yenilik gətirmişsiniz. Yazınızda müəlliflərə istinad edilən bu üslub adətən, istinad etmə, və yaxud mətnarası istinadetmə adlanır.
1. Cümlənizdə müəllifləri təqdim edərkən, məs., “İsmayılov deyir..., Əkbərov bildirir” kimi eyni felləri işlətməkdən yaxa qurtarmağınız və cümlədəki istinadlarınıza müxtəliflik gətirmək üçün, aşağıdakı fellər siyahısından istifadə edə bilərsiniz: razılaşır, təsdiq edir, inanır, qəbul edir, iddia edir,
mübahisə açır və s.
2. Eyni soyadı daşıyan iki və ya daha çox müəllif olduğu təqdirdə, nəşr ilindən asılı olmayaraq, mənbələri bir-birindən fərqləndirmək üçün müəlliflərin adlarının və atalarının adlarının baş hərflərini də istinada daxil edin. Məs: Mötərizədə İdarəetmə prinsipləri əksər təşkilatı təcrübələrin təməlini təşkil edir. (İ.M. Nəcəfzadə, 1997; S.R. Nəcəfzadə, 1997)
3. Əgər eyni müəllifin eyni ildə iki və daha çox elmi yazısı varsa, o zaman mətndə qeyd edilmiş ilk nəşr ilindən sonra “a” hərfini əlavə edin və ikincisindən sonra “b” hərfini daxil edin və bu şəkildə də davam edin. Bu detalın da sizin istinad siyahınızda yer almasına əmin olmalısınız. Nümunə:
Göyüşzadə (1999a) cəmiyyəti idarə etməkdə inancların rolundan söz açır, lakin Göyüşzadə (1999b) ictimai-siyasi həyatda qadınların iştirakının ölkənin gələcəyi üçün əhəmiyyətini vurğulayır.
4. Bir paraqrafda eyni müəllifin adını ikinci dəfə çəkərkən, həmin paraqrafda nəşr ilini yalnız bir dəfə qeyd etmək lazımdır. Nümunə: Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, 1976). Əslində, Uilkinson onu demək istəyirdi ki....
ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
5. Tarixi olmayan yazılar üçün mötərizədə tarixi yoxdur (t.y.) yaza bilərsiz. Nümunə: Qəzəb məfhumu əsrlər boyunca müzakirə edilmişdir (Uilkinson, t.y.)
6. Altı və daha çox həmmüəllifin işlərində isə, gətirilən ilk istinad da daxil olmaqla, bütün istinadlarda ilk müəllifin soyadını və ardınca “digərləri” sözünü əlavə edin.
7. İkinci dərəcəli istinadetmədə isə - sizin istifadə etdiyiniz mənbədə bir başqasının yazısına istinad edilmişdir və siz də bu işi öz yazınıza daxil etmək istədikdə və orijinal sənədə çıxışınız olmadığı təqdirdə, həm ilkin mənbəni, həm də çıxışınız olan mənbəni qeyd etməlisiniz. Hər iki mənbəyə istinad edərkən, ikinci dərəcəli mənbədən əvvəl “…-də istinad edildiyi kimi” yazın. Nümunə: Rixterin (1984, Smisdə istinad edildiyi kimi, 2003) araşdırması kommersiya mexanizmlərinin başa düşülməsi üçün biznes modellərinin təkliflərini işıqlandırır. Yazının sonunda istinad etdiyiniz siyahıda yalnız çıxışınız olan mənbələrin detallarını yerləşdirin. Yuxarıdakı Smis misalında olduğu kimi. Başqa müəlliflərin fikirlərini öz sözlərinizlə demək:- Başqa müəllifin ideyalarını öz sözlərinizlə deyə bilməniz vacibdir, çünki bu, sizin konsepsiya və fikirləri anladığınıza dəlalət edir.
Müəllif ideyalarını öz sözlərinizə çevirməyin iki yolu vardır: xülasə etmək və parafraz etmək.

Xülasə etmək- Mətnin bir sıra əsas özəlliklərini seçib onlardan müəllif fikirlərinin xülasəsini yaratmaq üçün istifadə etmək deməkdir. Əlbəttə ki, yazınızda mətnin ilkin versiyası ilə sizin xülasə etdiyiniz versiya arasında forma baxımından kifayət qədər fərq olduğuna əmin olmalısınız. Buna isə mətndə verilmiş ideyaları, fikirləri sadələşdirmək, eyni zamanda, bu ideyaları təqdim etmək üçün fərqli cümlə strukturu və ya cümlə ardıcıllığından istifadə etməklə nail olmaq olar. Parafraz etmə:-Parafraz etməyə başlamazdan öncə, ÇOX VACİBDİR ki, verilmiş məlumatı oxuduqdan sonra siz bu barədə ÖZ İDEYANIZI formalaşdırasınız və ya beyninizdə bir şəkil çizəsiniz. Daha sonra bu üsuldan müəllifin ideyasını parafraz etmənizi YÖNLƏNDİRMƏK üçün bir model kimi istifadə edə bilərsiniz. Parafraz etmək müxtəlif sözlərdən istifadə etməklə, məlumatı yenidən ifadə etmək deməkdir. Xülasə etməkdən fərqli olaraq, parafraz etmə məlumatı 29 qısaltmaq demək deyil.
Parafraz etmə müxtəlif söz və söz birləşmələrindən, frazalardan istifadə etməklə, məlumatı yenidən yazmağı tələb edir.
Nümunələr “Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün, özləri haqqında, başqa qruplarda necə davranmaq haqqında, yaşadıqları icma haqqında və ətrafdakı dünya haqqında öyrənmək üçün gedir. Məktəb şagirdləri belə bir məlumatlanmanın baş verdiyi şəraitlə təmin edir.” Leyden, S. (1985). Xüsusi qabiliyyətli uşaqlara kömək etmək. London: Krum Helm, səh. 38. Parafraz etmə Cümlənin ortasında verilən istinad Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün
getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən
şərait yaradır. Nümunələr “Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız biliyə yiyələnmək üçün deyil, həm də dünyanı daha geniş anlamaq üçün, özləri haqqında, başqa
ANTİPLAGİAT SİSTEMİ ÜZRƏ QAYDALAR
qruplarda necə davranmaq haqqında, yaşadıqları icma haqqında və ətrafdakı dünya haqqında öyrənmək üçün gedir. Məktəb şagirdləri belə bir məlumatlanmanın baş verdiyi şəraitlə təmin edir.”
Leyden, S. (1985). Xüsusi qabiliyyətli uşaqlara kömək etmək. London: Krum Helm, səh. 38. Parafraz etmə Cümlənin ortasında verilən istinad Leydenin (1985) göstərdiyi kimi, məktəb uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün getmirlər.
Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də öyrənirlər. Nəticədə, məktəb uşaqların bir çox hadisə və əşyalar barədə öyrənməsinə imkan verən şərait yaradır. Müəllif Fikirlərindən Sitat Gətirmə:-Akademik yazınızda başqasının sözlərini parafraz etmək və ya yekunlaşdırmaqdan savayı, siz sitatlar gətirməklə də, başqa müəllifin ideyalarını öz akademik
yazınıza daxil edə bilərsiniz. Sitat bir başqasının yazdığı və ya söylədiyi sözlərin sözbəsöz dəqiq köçürülməsidir. Sitat dırnaq işarələri “ ” içərisində yazılır. Başqa müəllifin soyadını və yazının nəşr ilini göstərməklə yanaşı, həm də sitatın yerləşdiyi səhifəni də qeyd etmək lazımdır. Nümunə “Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, onlardan (kompüter oyunlarından)
istifadə dərəcəsi xeyli arta da bilər.” Durkin, K. (1995). Kompüter oyunlarının gənc insanlara təsiri: İcmal. Sidney, NSW: Film and Ədəbiyyat Təsnifatı Ofisi, səh. 70.
Nümunə 1-də Cümlə formasına uyğun olmaq üçün kompüter sözündəki böyük “K” hərfi kiçik “k” hərfi ilə əvəzlənir.
1.Nümunə: Durkin (1995, səh. 70) vurğulayır ki, “kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, ondan istifadə dərəcəsi xeyli arta da bilər.” İlkin mənbədən fərqli olaraq, Nümunə 2-də nöqtə mötərizədəki məlumatdan sonraya keçirildi, çünki cümlə istinad detallarından sonra bitir.
2.Nümunə: “Kompüter oyunlarından istifadə çox güman ki, uşaqların media təcrübələrinin bir hissəsi kimi qalacaq və eyni zamanda, yeni texnoloji yeniliklərlə əlaqədar olaraq, ondan istifadədərəcəsi xeyli arta da bilər” (Durkin, 1995, səh. 70).