Nevrologiya-Neyrofiziologiya

Azərbaycan Nevroloqlar Klubu Azərbaycanda nevroloqlar üçün 2017-ci ildə yaradılmışdır və əsas fəaliyyətini Facebook sosial şəbəkəsindən başlamışdır. Qrupunun tərkibində yalnız tibb ixtisaslı üzvlər daxildir, onların arasında nevrologiyadan başqa həmçinin ixtisaslı həkimlər vardır. Klubun üzvlərini dünyanın bir çox ölkəsində fəaliyyət göstərən həm əslən azərbaycanlı alimlər, həm də xarici alimlər təşkil edir. Qrupun Neurology Club Azerbaijan YouTube kanalı yaradılmışdır və daim nevroloq üzvlərin fəaliyyəti barədə aktiv videolar paylaşılır.  Klub üzvlərinin aktiv müzakirələri isə Nevroloqlar WhatsApp qrupunda aparılır. 2020-ci il tarixindən etibarən Azərbaycan Nevroloqlar Klubu Health and Science İnitiatives MMC bazasında yaradılan Professional Klubun tərkibinə əlavə edilmişdir və klubun fəaliyyəti ödənişli əsaslarla aparılır. Bundan sonra klub üzvlərinə üzvlüyü təsdiq edən xüsusi sertifikat təqdim edilir və onlar qapalı teleqram kanalına əlavə edilirlər. Klubun fəliyyəti ilə tanış olmaq üçün aşağıdakı sosial şəbəkələrə keçid ala bilərsiniz. Kluba üzv olmaq istəyiniz varsa, xahiş edirik üzvlük bölməsinə keçid alasınız və müvafiq klubu seçəsiniz.