Bayram Bayramov

BİO

Bayram  Bayramov 2013-cü ildə Azərbaycan Tibb Universitetinin Tibbi Biologiya fakultəsini bitirmişdir. Bakalavr təhsilini başa vurduqdan sonra Təhsil Nazirliyinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Türkiyənin Ondokuz Mayıs Universitetində İnsan Genetikası ixtisası üzrə magistratura pilləsini uğurla başa vurmuşdur. Təhsil aldığı müddətdə tibbi-genetika, sitogenetika, epigenetika və molekulyar biologiya sahəsində biliklərə yiyələnmiş “Sidik Kisəsi Xərçəngində DNT Promotor Metilləşməsinin Rolu” mövzusunda tədqiqat işi aparmışdır. Təhsil aldığı müddətdə müxtəlif konfrans, kurs və seminarlarda iştirak etmişdir: ‘Akademik gelişim kursu, Bilimsel Çalışma ve Makale Yazımı’. Ondokuz Mayıs Üniversitesi Tıp Fakültesi, 28-29 Mart, 2015; ‘Gamet Eldesi ve Mikromanipulasyon Teknikleri (IVF, ICSI) Kursu’. Ege Üniversitesi/İzmir, 12-13 Mart, 2015; ‘Uygulamalı Genomik Tıp Sempozyumu’, Hacettpe Universitesi/Ankara, 30 mayıs 2015; II Ulusal Çocuk Genetik Sempozyumu. Ondokuz Mayıs Üniversitesi/Samsun. 22-24 Ekim, 2015; 2. International Medical Congress For Students And Young Doctors Azerbaijan Medical University, Baku/Azerbaijan. 6-7 November, 2015.  Bayram 2016-cı ildən etibarən AMEA Genetik Ehtiyatlar İnstitunda kiçik elmi işçi vəzifəsində fəaliyyətə başlamışdır.  B.Bayramov digər əməkdaşlarla birgə ilk dəfə olaraq Talassemiya diaqnozu qoyulan xəstələrdə dünya üzrə bir, Azərbaycan üzrə isə iki yeni mutasiya aşkar etmişdir. Bundan başqa “Yoğun Bağırsaq Xərçəngində Xərçəng Hüceyrələrinin Genetik və Epigenetik Səciyyələndirilməsi” mövzusunda tədqiqat işini uğurla həyata keçirir. DNT izolyasiyası, PCR, Hot-Start PCR, Real-Time PCR, MS-PCR, RFLP, agaroz gel elektoforezi, Müxtəlif genlərin seksenslənməsi metodikaları üzrə təcrübi bilik və bacarıqlara sahibdir. 2018-ci ildən etibarən AMEA Genetik Ehtiyatlar İnstitunda Dissertant, İnsan Genetikası Laboratoriyası müdiri vəzifəsində çalışır.